Hüquqşünas Beynəlxalq Bankla bağlı biabırçı faktları açıqladı: Hesablardan vəsaitlər silinir
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
"Beynəlxalq Bankın (ABB) blokladığı kartdan vəsaitin oğurlanması haqda dünənki yazımdan sonra mənə çoxsaylı müraciətlər edilir".
"Unikal" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov "Facebook" səhifəsində paylaşım edib.
"Sən demə, ABB-də bundan da biabırçı hallar var. Məsələn, həm vətəndaşların, həm də şirkətlərin hesabından (kartından) vəsaitlər onlar tərəfindən heç bir hərəkət edilmədikdə belə də silinir. Hətta müqaviləyə əsasən onlara SMS-lə OTP (birdəfəlik parol) gəlməli olduğu halda da OTP gəlmir (və ya gəlir, amma müştəri onu heç kəsə vermir, banka zəng vurur, lakin bank tədbir görmür), amma vəsait silinir. Sonra da ABB chargeback (vəsaitin qaytarılması) üçün müştəridən əlavə xidmət haqqı istəyir! Deməyə sözüm yoxdur sadəcə!
Bütün bu biabırçılıqlar bir tərəfə, məni indi başqa sual maraqlandırır. İstənilən bankımıza xaricə pul köçürmək üçün gedəndə bizdən topa-topa təsdiqedici sənədlər istəyirlər: Kimə köçürürsən, müqaviləni göstər və s. Bəs necə olur ki, kartımızdan oğurlanan vəsait haqda arsız-arsız bizə deyirlər ki, pul xaricə köçürülüb, heç nə edə bilmərik?", - deyə Ə.Həsənov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Yanvar 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















