Icma.az
close
up
RU
“Hüseyn Cavid Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb

“Hüseyn Cavid Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində işıq üzü görüb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi əsasında dahi dramaturq Hüseyn Cavidin “Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsinə tərcümə edilərək işıq üzü görüb.

Nəşrə Hüseyn Cavidin “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” kimi məşhur dram əsərləri daxil edilib. Kitab dosent Mehdi Gəncəli tərəfindən tərcümə olunub. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademiki Rafael Hüseynovdur.

Kitab Hüseyn Cavidin və onun ədəbi irsinin xalqa qaytarılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub.

Akademik Rafael Hüseynov “Ön söz”də Hüseyn Cavidin yalnız Azərbaycanın deyil, bütöv Türk dünyasının yetirdiyi ən böyük şair, dramaturq və mütəfəkkirlərdən biri olduğunu vurğulayır. Qeyd edilir ki, Cavid sözün qüdrəti ilə öz dövrünün fövqünə yüksələn, milli düşüncəni bəşəri ideallarla birləşdirən və yaradıcılığı ilə türk xalqlarının mənəvi yaddaşında əbədi yer qazanan nadir sənətkarlardandır: “Hüseyn Cavidin böyüklüyü yalnız yaratdığı əsərlərdə deyil, həm də sədaqətlə qoruduğu mənəvi dəyərlərdə, azad düşüncəyə bağlılığında, milli kimliyə ehtiramında və türk birliyi idealına inamında təcəssüm edir”.

Layihənin əsas məqsədi Hüseyn Cavidin fəlsəfi və dərin məzmuna malik dramaturji irsini Türkiyə oxucularına çatdırmaq, klassik ədəbiyyatımızın qardaş ölkədə təbliğini gücləndirmək və mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir.

Növbəti mərhələdə ədibin digər əsərlərinin daxil ediləcəyi ikinci və üçüncü cildlərin də nəşri planlaşdırılır. Yaxın vaxtlarda “Hüseyn Cavid – Pyeslər” kitabının həm Azərbaycanda, həm də Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLU
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri