Icma.az
close
up
RU
Hüseyn Cavid və Avropa Mədəniyyəti: Şərq və Qərbin sintezi

Hüseyn Cavid və Avropa Mədəniyyəti: Şərq və Qərbin sintezi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan filosof-şair, böyük dramaturq Hüseyn Cavid, yalnız milli ədəbiyyatımızı deyil, dünya ədəbiyyatını da fəlsəfi və bədii dəyərləri ilə zənginləşdirmiş yaradıcı şəxsiyyətlərindən biridir. Onun yaradıcılığı şərq və qərb mədəniyyətlərinin sintezi kimi dəyərləndirilir. O, İstanbulda təhsil aldığı dövrdə Avropanın klassik əsərləri ilə tanış olmuş, xüsusilə də alman və fransız ədəbiyyatından təsirlənmişdir. Höte, Şiller və Viktor Hüqonun əsərlərində təsvir olunan azadlıq, mənəvi dəyərlər və insanın daxili aləmi kimi dərin fəlsəfi mövzular dahi şairin poetikasında da mühüm yer tutur.

 Yohan Volfqanq Hötenin "Faust" əsərində insanın sonsuz bilik və məna axtarışı, şeytani təzadlar və mənəvi azadlıq motivləri Cavidin "İblis" əsərində də öz əksini tapmışdır. Höte, insanın daxili mübarizəsini və mənəvi təkamülünü təsvir edərkən, Cavid də öz qəhrəmanlarını eyni dərinlikdə psixoloji çalarlarla işləyir. Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanında isə insanın daxili dünyası ilə cəmiyyət arasındakı qarşıdurma, qəhrəmanın məhəbbət və ədalət uğrunda mübarizəsi Cavidin "Şeyx Sənan" əsərindəki mövzularla səsləşir.

Hüseyn Cavidin "Şeyx Sənan" əsərində avropa romantizmi ilə tanışlığının izlərini görmək mümkündür. Bu əsərdə fərqli mədəniyyətlərə tolerant münasibət, məhəbbət və insanın mənəvi azadlığı kimi məsələlər əsas xətt kimi önə çıxır. Cavidin qəhrəmanları, Avropa romantiklərinin idealist qəhrəmanlarına bənzər şəkildə, mənəvi ideallar uğrunda mübarizə aparır. Şillerin "Qaçaqlar"əsərində insanın şər və yaxşılıq arasındakı seçimi, etik dilemma və qəhrəmanın daxili çəkişmələri Cavidin dramaturgiyasında da özünü göstərir.

Cavidin fəlsəfi baxışlarında Avropa mütəfəkkirlərinin, xüsusilə Kant, Hegel və Nitsşenin ideyalarının təsiri hiss olunur. İmmanuel Kantın etik prinsipləri, xüsusilə "pratik ağıl" anlayışı Cavidin "İblis" əsərindəki qəhrəmanın daxili mübarizəsində öz əksini tapır. Hegelin dialektik metodu isə Cavidin əsərlərindəki ziddiyyətli mənəvi vəziyyətlərin təhlilinə kömək edir. Nitsşenin "Üst-insan" konsepsiyası da "Şeyx Sənan" kimi əsərlərdə mistik və fəlsəfi dərinliklə işlənir.

Onun əsərlərində insanın daxili aləmi ilə cəmiyyət arasındakı münasibətlərin dərin təhlili aparılır. "İblis" əsərində insanın mənəvi dünyası ilə xarici təsirlər arasındakı mübarizə, Kantın etik prinsipləri ilə paralellik təşkil edir. "İblis" əsərində insanın daxili faciəsi və şeytani güclərlə mübarizəsi avropa dramaturgiyasındakı metafizik problemlərlə səsləşir. Hüseyn Cavid qərb fəlsəfəsinin rasional yanaşmalarını şərq təfəkkürünün mənəvi dərinliyi ilə birləşdirərək, universal dəyərlərə əsaslanan fəlsəfi əsərlər yaratmışdır.

Avropa romantizminin təsirini mənimsəməklə kifayətlənməyən şair, eyni zamanda bu təsiri Azərbaycan və ümumilikdə şərq mədəniyyətinə uyğunlaşdıraraq yeni bir ədəbi üslub yaratmışdır. Onun bu mövzuda əsərləri şərq fəlsəfəsi və qərb rasionalizmi arasında körpü qurmaq baxımından xüsusi dəyərə malikdir. Hüseyn Cavidin əsərlərində tez-tez rast gəlinən mistik elementlər şərq sufizminin təsirindən xəbər verir. Eyni zamanda, bu mistik elementlər qərb romantizminin azadlıq və fərdi ideallar anlayışları ilə uzlaşdırılır."Şeyx Sənan" əsərində sevgi və mənəvi axtarış motivləri, "İblis" əsərində isə insanın daxili mübarizəsi həm şərq fəlsəfi ənənəsinə, həm də qərb individualizminə işarə edir. Cavidin əsərlərindəki mistik elementlər, Mövlana Cəlaləddin Ruminin "Məsnəvi" əsərindəki mənəvi axtarışlarla da oxşarlıq təşkil edir.

Dahi mütəfəkkirin əsərləri dildəki zənginliyi və çoxşaxəliliyi ilə seçilir. Avropa romantizminin təsiri ilə Cavid poetikasına yüksək dramatizm və emosional gərginlik gətirmişdir. Bu, xüsusilə onun lirik-epik dramlarında özünü göstərir. Eyni zamanda, klassik şərq poeziyasının qəzəl və mədhiyyə ənənələri də onun yaradıcılığında mühüm yer tutur. Filosof-şair Hüseyn Cavid öz əsərlərində zahiri hadisələrdən çox, daxili mənanı, psixoloji vəziyyəti və fəlsəfi çalarları ifadə etməyə çalışırdı.

Hüseyn Cavid insanlığın ümumi mənəvi inkişafını əsərlərində əks etdirmişdir. Bu mənada o, nə yalnız şərq, nə də yalnız qərb mədəniyyətinə məxsusdur - o, hər iki mədəniyyətin sərhədlərini aşan qlobal bir fikir adamıdır. Onun əsərlərindəki humanist və ümumbəşəri mesajlar, qərb maarifçiliyinin təsiri ilə yanaşı, şərq irfanının ruhunu da özündə daşıyır.

Bu gün Hüseyn Cavidin yaradıcılığı həm Azərbaycan, həm də beynəlxalq müstəvidə daha dərindən öyrənilməli və təbliğ olunmalıdır. Avropa və şərq mədəniyyətlərinin sintezi yalnız Cavidin yaradıcılıq mirasında deyil, eyni zamanda müasir mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün də aktualdır. Hüseyn Cavidin əsərlərinin müxtəlif dillərə tərcüməsi və beynəlxalq səviyyədə təqdimatı onun fikirlərinin və sənətinin daha geniş oxucu kütləsinə çatdırılmasına kömək edə bilər. Məsələn, "İblis" əsərinin alman və ingilis dillərinə keyfiyyətli tərcüməsi Avropa oxucusunun onun fəlsəfi dünyasını daha yaxşı anlamağına şərait yaradacaqdır.

Böyük dramaturqun avropa və şərq mədəniyyətlərini birləşdirən sənətkar olaraq ədəbi irsi, bu gün həm Azərbaycan ədəbiyyatı üçün, həm də dünya mədəniyyəti kontekstində xüsusi əhəmiyyət kəsb edir. Onun əsərləri insanın daxili aləmini, mənəvi mübarizəsini və ali məqsədlərə çatmaq üçün fərdi azadlığını tərənnüm edərək, oxucuları həm şərq, həm də qərb düşüncə dünyası ilə tanış edir.

Cavidin şərq-qərb sintezini təmsil edən unikal yaradıcılığı, müasir dövrdə mədəniyyətlərarası dialoqun inkişafı üçün də əhəmiyyətli nümunədir. Bu baxımdan, onun irsinin qorunması və dünya miqyasında daha geniş tanıdılması, həm Azərbaycan mədəniyyətinin zənginliyini, həm də onun universal dəyərlər sistemindəki yerini nümayiş etdirəcəkdir.

Beləliklə deyilənlərdən aydın olur ki, Hüseyn Cavid həm şərq, həm də qərbin poetik və fəlsəfi ənənələrini öz yaradıcılığında özünəməxsus şəkildə birləşdirərək, bəşəriyyətin mədəni sərvətinə əvəzsiz töhfə vermişdir.

Jalə Zeynalova

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri