Icma.az
close
up
RU
Hüseyn Fazla: Qara dənizdə dronlar hibrid müharibənin əsas alətinə çevrilib

Hüseyn Fazla: Qara dənizdə dronlar hibrid müharibənin əsas alətinə çevrilib

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türkiyə Qara dənizin ortalarına qədər havanı izləyə bilir

Hər təhdiddə “hava müdafiə sistemləri niyə işə düşmədi?” demək düzgün deyil"

Dronun tipi və mənşəyi Türkiyə Milli Müdafiə Nazirliyinə məlumdur, sadəcə paylaşılmaq istənmir

Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə və ətraf regionlarda təhlükəsizlik riskləri artmaqda davam edir. Bu kontekstdə Türkiyə Milli Müdafiə Nazirliyi 15 dekabr tarixində Qara dəniz istiqamətindən ölkə hava sahəsinə daxil olan və Ankaraya qədər irəliləyən pilotsuz uçuş aparatının (PUA) Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Hadisə Türkiyənin hava məkanına nəzarət və operativ reaksiya imkanlarının regional təhlükəsizlik şəraitindəki əhəmiyyətini bir daha gündəmə gətirib.

Ehtiyatda olan türk hərbi pilot Hüseyn Fazla Sherg.az-a açıqlamasında Şərqi Avropada rus dronlarının tez-tez görüldüyünü söyləyib:

"Hazırda içərisində Qara dənizin də olduğu Rusiya-Ukrayna müharibəsi davam edir. Dəniz üzərində gəmilər vurulur, pilotsuz dəniz vasitələrindən geniş istifadə olunur, dəniz minaları tətbiq edilir. Hətta Odessa limanında Türkiyə bayraqlı gəmilər də vurulub. Türkiyə bu məsələdən narahatlığını hər iki tərəfə rəsmi şəkildə çatdırıb. İndi isə ilk dəfə olaraq Türkiyə ərazisi üzərində havada bir pilotsuz uçuş aparatı (PUA) müşahidə edildi. Xüsusilə bu ilin avqust ayından etibarən, sentyabrda daha da intensivləşərək, Şərqi Avropada rus dronlarının tez-tez görüldüyünü bilirik. Hətta Polşada dörd hava limanı müvəqqəti bağlandı, Almaniyada Münhen Hava Limanı da bundan təsirləndi və hadisələr Belçikaya qədər uzandı. Şərqi Avropada “drone divarı” qurmaq, yəni dronların Avropaya keçməsinin qarşısını alacaq sensor sistemləri yaratmaq kimi fikirlər də gündəmə gəldi. Burada Rusiyanın açıq şəkildə tətbiq etdiyi hibrid müharibə taktikalarından danışmaq lazımdır. Bunun Türkiyəyə qarşı yönəlmiş oxşar bir fəaliyyət olub-olmadığını demək hazırda çox da məntiqli deyil. Çünki söhbət yalnız bir drondan gedir. Üstəlik, Türkiyə Müdafiə Nazirliyi bu PUA-nın hansı ölkəyə məxsus olduğunu, hətta tipini belə hələ açıqlamayıb. 99% bu məlumatlar onların əlində mövcuddur. Lakin görünür, Rusiya-Ukrayna müharibəsi davam edərkən və Türkiyənin neytral mövqeyi nəzərə alınaraq, tək bir dron olduğu üçün sadəcə xəbərdarlıq xarakterli tədbirlərlə kifayətlənmək uyğun hesab edilib".

General Türkiyənin Qara dənizin ortalarına qədər hava nəqliyyatını rahatlıqla izləyə bildiyini söyləyib:

"Bölgədəki bütün ölkələrin hava limanlarından qalxan uçuşlar elektron kəşfiyyat vasitəsilə dinlənilə bilir. Bu, yalnız Türkiyənin etdiyi bir şey deyil. Bir çox ölkə qarşılıqlı olaraq bu cür tədbirlər görür. Yəni dron və ya təyyarə havaya qalxdığı anda artıq izlənməyə başlanır. Hava nəqliyyat vasitəsi məkanına daxil olduqdan sonra- yəni sahildən etibarən 12 dəniz mili məsafədə olduğu təqdirdə təhlükə sayılır. O bu həddi keçdikdən sonra isə artıq bütün radarlar və sistemlər tərəfindən prosedur işə salınır. Müdafiə Nazirliyinin açıqlamalarında da qeyd olunduğu kimi, bütün sensor sistemləri-radarlar, erkən xəbərdarlıq mexanizmləri, elektron dinləmə qurğuları inteqrasiya olunmuş şəkildə çalışıb. Təbii ki, söhbət bir drondan gedir. Dronlar kiçik ölçülü, kompozit materiallardan hazırlandığı üçün radarlarən onları aşkar etməsi daha çətindir. Buna baxmayaraq, müxtəlif mənbələrdən alınan məlumatlar birləşdirilərək Türkiyə ərazisi üzərində hərəkət edən bir dronun mövcudluğu dəqiqləşdirilib. Bundan sonra böyük ehtimalla Eskişehirdən (zəif ehtimalla Merzifondan) iki ədəd F-16 təyyarəsi “hava polisi” (alarm reaksiyası) çərçivəsində havaya qaldırılıb. Bu təyyarələr onsuz da 5 dəqiqəlik hazırlıq vəziyyətində olur. Siqnal verildiyi anda pilotlar dərhal təyyarələrə yönəlir və 5 dəqiqə ərzində havaya qalxırlar. Bölgənin məsafəsindən asılı olaraq 5-15 dəqiqə ərzində hədəfə çata bilirlər. Burada da məhz bu proses yaşanıb və heç bir problem olmayıb. Türkiyədə bəziləri “hava müdafiə sistemlərimiz haradadır?” sualını verir. Halbuki, “Çelik Kubbe” layihəsini ötən il Türkiyə müdafiə sənayesi başladıb. Bu layihə komanda-idarəetmə sisteminin yaradılmasını və Siper, Hisar, döyüş təyyarələri və gələcəkdə istehsal ediləcək sistemlərin bir-birinə inteqrasiyasını nəzərdə tutur. Lakin bu, birdən-birə həyata keçiriləcək bir proses deyil. Bütün Türkiyəni əhatə edəcək belə bir sistemi dərhal qurmaq mümkün deyil və bunun 2030-cu illərə qədər tamamlanması planlaşdırılır. Buna görə də hər təhdiddə “hava müdafiə sistemləri niyə işə düşmədi?” demək düzgün deyil".

Hərbi pilot Türkiyədəki S-400-lərdən də danışıb:

"Türkiyədə S-400 sistemləri də mövcuddur. Ancaq bu cür kiçik və qeyri-müəyyən hədəflər üçün dərhal S-400 istifadə edilmir. NATO-da əsas yanaşma belə hallarda döyüş təyyarələrinin istifadəsidir. Türkiyədə həm milli, həm də NATO vəzifələri üçün daim hazır vəziyyətdə olan təyyarələr mövcuddur. Bu baxımdan söhbət yalnız Türkiyə hava məkanına deyil, eyni zamanda NATO hava məkanına daxil olan obyektdən gedir. Dronun aşkar edilməsində heç bir zəiflik olmayıb. Məsələ ondan sonrakı mərhələdədir. Müharibə şəraiti olmadığı üçün barış dövrünün qaydaları tətbiq olunur. Barış şəraitində hava məkanına daxil olan hər obyekt dərhal vurulmur. Bu, kiçik bir təlim təyyarəsi də ola bilərdi. Ona görə də F-16 pilotlarından vizual təsdiq tələb olunur: üzərində silah varmı, kamera sistemi varmı, düşmənçilik hərəkəti edirmi, bomba atırmı və s. Bütün bunlar təsdiqləndikdən sonra Eskişehirdəki Hava Hərəkat Mərkəzindən göstəriş alınır".

Pilot vurğulayıb ki, 2015-ci ildə Hatay üzərində 17 saniyəlik hava məkanı pozuntusuna görə rus təyyarəsinin vurulması hadisəsi Türkiyənin bu cür qabiliyyətinin olduğunu göstərir:

"Lakin hazırkı dron hadisəsində belə sərt angajman qaydası mövcud deyildi. Çox güman ki, əvvəlcə dronun yanacağının bitməsi gözlənilib. Təhlükəsizlik riski yox idi, F-16-lar onu müşayiət edirdi. Lakin dron Ankara istiqamətinə yaxınlaşdığı üçün sonda raketlə vurulub. Təbii ki, kiçik bir dronu raketlə vurmağın mənfi tərəfləri də var. Raketlər bahalıdır və dron kompozit materialdan olduğu üçün parçalanaraq geniş əraziyə yayılır. Əgər yanacağı bitib yerə düşsəydi, bəlkə də bütöv halda tapılardı və hansı ölkəyə məxsus olduğu açıqlana bilərdi. Mənim qiymətləndirməmə görə, elektron izlər vasitəsilə dronun tipi və mənşəyi Türkiyə Milli Müdafiə Nazirliyinə məlumdur, sadəcə paylaşılmaq istənmir. Bu da düzgün qərardır və tamamilə normal praktikadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri