Icma.az
close
up
RU
Hüseyn Fazla: Təyyarənin vurulma ehtimalı çox zəifdir

Hüseyn Fazla: Təyyarənin vurulma ehtimalı çox zəifdir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təyyarənin struktur bütövlüyünü pozan, pilotların idarəetməni itirməsinə səbəb olan mexaniki nasazlıq baş verib

Dünən Azərbaycandan Gürcüstana uçan Türkiyəyə məxsus C-130 hərbi təyyarəsi qəza ilə üzləşib. ABŞ istehsalı olan və uzun illərdir bir çox ölkədə istifadə olunan bu dörd mühərrikli təyyarə modeli, Türk Hərbi Hava Qüvvələrində də 1960-cı illərdən etibarən xidmət göstərir.

Hazırda qəzanın səbəbləri dəqiq məlum deyil. İlkin ehtimallar təyyarədə texniki nasazlıq və ya konstruktor problemləri üzərində cəmləşir. Hadisə həm uzun müddət istifadə olunan təyyarələrin risklərini, həm də aviasiya təhlükəsizliyi prosedurlarının önəmini yenidən göstərir.

Qeyd edək ki, qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarəsinin qara qutusu artıq tapılıb.

Ehtiyatda olan türk hərbi pilot Hüseyn Fazla Sherg.az-a açıqlamasında hadisənin baş vermə ehtimallarından danışıb:

"Bu təyyarə artıq 70 ildir ki, dünyada istifadə olunan, ABŞ istehsalı, çox möhkəm təyyarədir. Hər cəhətdən özünü sübut etmiş bir modeldir. Dörd mühərrikli təyyarə hər cür tapşırıqda istifadə oluna bilər. Hətta dörd mühərrikin hamısı dayansa belə, “məcburi eniş” dediyimiz üsulla düz bir səthə enər, təhlükəsiz şəkildə dayanar və göyərtədəki şəxslərə heç nə olmaz. Bununla bağlı artıq nümunələr də mövcuddur. Türk Hərbi Hava Qüvvələri olaraq biz bu təyyarəni 1964-cü ildən istifadə etməyə başladıq. Qəza edən təyyarə isə 1968-ci ildə istehsal olunub. Əvvəlcə Səudiyyə Ərəbistanı istifadə edib, sonra isə Türkiyə Hərbi Hava Qüvvələrinin xidmətinə keçib. Türkiyə Hərbi Hava Qüvvələrində bu təyyarə ən etibarlı təyyarələrdən biri hesab olunur. İndiyə qədər yalnız bir qəzası olub. 1968-ci ildə Manisanın Axsar bölgəsində baş vermiş qəza nəticəsində yeddi hərbi qulluqçumuz şəhid olmuşdu. Bu hadisə isə ikinci qəza sayılır. Qəzanın nədən qaynaqlandığını indiki mərhələdə bilmək çətindir. Amma ağlıma bir neçə amil gəlir. Əvvəlcə demək lazımdır ki, Hərbi Hava Qüvvələri baxımından bu təyyarənin bütün texniki xidmətləri, prosedurları, qaydaları müəyyən olunub və dövri şəkildə yerinə yetirilir. Baxımla bağlı heç bir problem yoxdur. Təyyarə pilota təhvil verilməzdən əvvəl uçuş texnikləri və texniki heyət onu tam yoxlayır. Pilot da təyyarəni təhvil aldıqdan sonra ətrafında gəzərək xarici yoxlamasını aparır, sonra kokpitə çıxır, mühərriklər işə salınır və bütün komanda birlikdə uçuşa hazırlaşır. Hər hansı nasazlıq olarsa, uçuş həyata keçirilmir, bu qayda çox sərtdir. Bu hadisədə nasazlıq barədə heç bir məlumat verilməyib. Deməli, burada bizə hələ məlum olmayan bir problem, qəzanı yaradan bir səbəb var".

General kənardan hər hansı raket atılmasını, təyyarənin vurulma ehtimalını real saymadığını söyləyib. O, ABŞ-yə məxsus təyyarənin qəzaya uğraması hadisəsi ilə Türkiyə təyyarəsinin qəzaya uğramasını müqayisə edib:

"Əgər təyyarə raketlə vurulsaydı, o zaman birbaşa mühərriklərə dəyərdi. İstilik yönümlü raketlər ən çox mühərrik hissəsinə yönəlir. Üstəlik, hər hansı terror qruplaşmasının əlində olan çiyindən atılan raketlər 24 min fut hündürlükdə uçan bir təyyarəyə çata bilmir. Texniki baxımdan bu, demək olar ki, mümkün deyil. Təyyarənin vurulma ehtimalı çox zəifdir. Daxildən hər hansı sabotaj, bomba partlayışı ehtimalı da çox azdır. Təyyarə Azərbaycanda müəyyən bir əraziyə enir, orada qısa müddət qalır, yükləmə işləri görülür, Türkiyəyə qayıdacaq heyət minir və sonra havalanır. Belə bir şəraitdə xarici müdaxilə ilə sabotaj etmək də çətin məsələdir. "Havada nə baş vermiş ola bilər?", "Bəlkə dron, kiçik təyyarə ilə toqquşma olub?" kimi suallar yarana bilər. Amma Gürcüstan və ya Azərbaycan rəsmilərinin belə bir hadisə barədə məlumatı yoxdur. Əgər toqquşma olsaydı, onun izləri, sübutları görünərdi. Bu halda havada “emergency” (təcili vəziyyət) yaradan ciddi texniki nasazlıq baş vermiş ola bilər: elektrik yanğını, hidravlik sistemin sıradan çıxması və ya təyyarənin konstruktiv bütövlüyünü pozan başqa bir problem. Məsələn, 2017-ci ildə ABŞ Dəniz Piyadalarına məxsus oxşar bir C-130 təyyarəsi qəzaya uğradı. Səbəb isə ikinci mühərrikin pərinin qoparaq qanadla gövdənin birləşdiyi hissəyə çırpılması idi. Bu zərbə nəticəsində həmin hissə zədələndi, daha sonra təyyarənin gövdəsi sanki mişarla kəsilmiş kimi iki yerə ayrıldı. Ön hissə, yəni pilot kabinəsi tam qopdu. Təyyarələr təkparça istehsal olunmur. Onları birləşdirən müxtəlif bağlayıcı hissələr var. Ola bilər ki, həmin birləşmə nöqtələrindən biri, məsələn, quyruq hissəsi qopub. Buna görə təyyarə üç hissəyə ayrılmış kimi görünüb. Orta hissə, yəni qanad və dörd mühərrikin olduğu bölmə isə öz oxu ətrafında fırlanaraq düşüb. Əgər sabotaj olsaydı, partlayış və yanğın ilk növbədə həmin hissələrdə müşahidə olunardı. Amma belə bir iz yoxdur. Görüntülərdə də qanad ucundan yayılan “vortex” effekti görünür, bu da yanğından çox başqa bir hadisəni göstərir".

Hərbi pilot ABŞ Dəniz Piyadalarının təyyarəsindəki hadisəyə bənzər şəkildə, bu qəzanın da pərin qopması nəticəsində təyyarənin struktur bütövlüyünün pozulması və parçalanması ilə baş vermə ehtimalının olduğunu bildirib:

"Təbii ki, hadisəyə başqa bir mexaniki nasazlıq da səbəb ola bilər. Zəif ehtimalla kənardan bir toqquşma da mümkündür. Amma ümumi nəticə budur ki, təyyarənin struktur bütövlüyünü pozan, pilotların idarəetməni itirməsinə səbəb olan mexaniki nasazlıq baş verib. Elə buna görə də uçuş zamanı təyyarə ilə əlaqə kəsilib. Bu da onunla bağlıdır ki, antenlərin yerləşdiyi hissə gövdədən qopub, nəticədə məlumat ötürmək mümkün olmayıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri