Icma.az
close
up
RU
Körpələrdə autizm əlamətlərini necə bilmək olar?

Körpələrdə autizm əlamətlərini necə bilmək olar?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər dünyada autizm spektr pozuntularının yayılma tezliyinin artması mütəxəssisləri ciddi narahat edir.

AzPost xəbər verir ki, psixoloqlar və nevroloqlar körpəlik dövründən etibarən autizmi ehtimal etməyə imkan verən əsas əlamətləri ictimaiyyətlə bölüşüblər.

Mütəxəssislərin sözlərinə görə, autizm spektr pozuntuları bir xəstəlik deyil, beynin və sinir sisteminin inkişaf xüsusiyyətləri ilə bağlı vəziyyətdir. Bu hal uşağın ətraf aləmə reaksiyalarında fərqliliklər yaratmaqla özünü göstərir. Bəzi uşaqlar səslərə, toxunuşlara və ya işığa həddindən artıq həssas olur, bəziləri isə əksinə, bu stimullara demək olar ki, reaksiya vermir. Bu fərqliliklər ünsiyyətdə çətinliklərə, sosial uyğunlaşmada problemlərə və emosiyaların zəif ifadəsinə səbəb ola bilər.

Psixoloqlar bildirirlər ki, autizmin əlamətləri çox fərqlidir və spektr genişdir. Bəzi hallarda simptomlar zəif formada özünü göstərir, bəzi uşaqlarda isə gündəlik qayğıya ciddi ehtiyac yaranır. Alimlər hələ də autizmin dəqiq səbəblərini müəyyən etməyiblər. Ehtimal olunan səbəblər arasında genetik amillər, beynin inkişaf xüsusiyyətləri, ətraf mühit təsirləri və bu faktorların birgə rolu göstərilir.

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, peyvəndlərin autizmə səbəb olması ilə bağlı iddialar elmi cəhətdən təsdiqlənməyib. Beynəlxalq səhiyyə qurumları dəfələrlə bəyan ediblər ki, peyvəndlər autizm spektr pozuntularına yol açmır və bu mövzuda yayılan fikirlər əsassızdır.

Erkən diaqnostika autizmli uşaqlar üçün həlledici əhəmiyyət daşıyır. Psixoloqların fikrincə, düzgün yanaşma və erkən müdaxilə uşağın bir çox bacarığı vaxtında qazanmasına kömək edir. Xüsusilə erkən yaşlarda başlanan dəstək proqramları gələcəkdə sosial uyğunlaşmanı və ünsiyyət bacarıqlarını xeyli yaxşılaşdıra bilər.

Mütəxəssislər qeyd edirlər ki, valideynlər çox vaxt autizmin ilkin əlamətlərini həkimlərdən daha tez hiss edirlər. Körpəlik dövründə diqqət çəkən “qırmızı siqnallar” arasında uşağın ananın üzünə baxmaması, göz təması qurmaması, jestlərə və çağırışlara reaksiya verməməsi göstərilir. Həmçinin, körpənin adla çağırıldıqda dönməməsi və ya sosial təbəssümün olmaması da risk əlaməti sayılır.

Psixoloqlar valideynləri diqqətli olmağa və şübhə yarandığı halda “öz-özünə keçər” düşüncəsi ilə vaxt itirməməyə çağırırlar. Onların sözlərinə görə, hər bir uşaq fərqlidir və autizm spektri də hər kəsdə eyni formada özünü göstərmir. Buna görə də hər bir uşaq üçün fərdi yanaşma və uyğun dəstək proqramı vacib hesab olunur.

Mütəxəssislər sonda bildirirlər ki, erkən müşahidə, valideynlərin diqqəti və peşəkar dəstək autizmli uşaqların həyat keyfiyyətinin yüksəldilməsində əsas rol oynayır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Dekabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri