Icma.az
close
up
RU
Husilər Səudiyyə Ərəbistanına daha sərt cavab zərbələri endirəcək ŞƏRH

Husilər Səudiyyə Ərəbistanına daha sərt cavab zərbələri endirəcək ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Yəməndəki proseslər Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxara bilər”

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar qazanıb. Bununla belə, əsas hədəf 2014-cü ildən husilərin nəzarətində olan paytaxt Sənadır.

Mövzunu şərh edən politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Yəməndə vəziyyətin gərginləşəcəyi əvvəlcədən bəlli idi:

"“The Guardian” nəşri avqustun əvvəli Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını yazmış, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlamışdı. Hazırkı əməliyyatlar zamanı hökumət qüvvələrinə Səudiyyə Ərəbistanı açıq şəkildə dəstək verir.

Yəməndə husilərin məğlub edilməsi çox vacibdir. HƏMAS-ın hərbi gücünün böyük ölçüdə sıradan çıxması, Livanda “Hizbullah”ın zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın “Şiə hilalı”ndan geriyə qalan əsas güc husilər idi. Husilərin son aylarda Bab əl-Məndəb boğazını bağlamaq ehtimalı, bunun beynəlxalq ticarətə yarada biləcəyi maneələr və digər məsələlər oxların onlara tərəf çevrilməsinə səbəb oldu.

Husilər, bundan başqa, Səudiyyə Ərəbistanı üçün də ciddi təhlükə mənbəyi idi. Xüsusilə neft obyektlərinin vaxtaşırı vurulması Ər-Riyadı məsələyə əsaslı həll yolu tapmağa məcbur edirdi".

Politoloq bildirib ki, hökumət qüvvələrinin son irəliləyişləri hələ husilərin hərbi baxımdan məğlub edildiyi anlamına gəlmir:

"Bu qruplaşma ölkənin şimalında geniş ərazilərə və ciddi hərbi imkanlara malikdir. Ona görə də, Sənanın geri alınması hökumət qüvvələri üçün olduqca mürəkkəb və çətin hərbi əməliyyat tələb edə bilər.

Hazırkı vəziyyət Yəməndə münaqişənin yeni mərhələyə keçməsi ehtimalını xeyli artırır. Ən sadə formada desəm, Yəməndəki proseslər qısa müddət öncə yaradılan, “Məkkə sazişi”nin iştirakçıları olan Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxara bilər.

Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib. “Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilib. Yəni Səudiyyə Ərəbistanına husilərin hücumu Türkiyə və Pakistana da hücum deməkdir.

Əslində, bu məsələdə ABŞ da maraqlıdır. Məsələn, ABŞ Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtonun Yəməndə husilərə qarşı hərbi kampaniyaya rəhbərlik etməsi ilə bağlı xahişini rədd edib. ABŞ rəsmiləri Vaşinqtonun Səudiyyə Ərəbistanının əməliyyatını dəstəkləyəcəyini, lakin ona rəhbərlik etməyəcəyini bildiriblər.

Məncə, ABŞ əvvəldən hazırladığı planı icra edir. Belə ki, Vaşinqton “İbrahim sazişi” ilə Yaxın Şərqdə NATO yaratmağa çalışırdı. Bu baş tutmadıqdan sonra daha fərqli yanaşmaya gedərək Yaxın Şərqdəki üç aparıcı müttəfiqini bir araya gətirib “Məkkə sazişi”ni yaratdı. İndi isə bu birlik ilk ciddi sınağı ilə üz-üzədir.

Hesab edirəm ki, Səudiyyə dəstəkli PLC qüvvələri husiləri geri çəkilməyə məcbur etdikcə, onlar da Səudiyyə Ərəbistanına daha sərt cavab zərbələri endirəcək və bu, gec-tez Pakistanla Türkiyənin prosesə müdaxilə etməsinə səbəb olacaq. Bu isə faktiki olaraq husilərin Yəməndə ya mövqelərinin ciddi şəkildə sarsılması, ya da tam məğlubiyyəti ilə nəticələnəcək".

T. Rzayev hesab edir ki, Vaşinqtonun “Məkkə sazişi”ni Yəməndə sınaması uğurlu olarsa, gələcək perspektivdə bu təşkilatdan İrana qarşı müdaxilə üçün istifadə planlarının qurulacağı istisna deyil:

"Həmçinin o da istisna deyil ki, Suriya husilərdən təmizlənəcək, Yəmən və hazırda İranın zərbələrinə məruz qalan İordaniya qısa zamanda təşkilata qoşulacaq. Beləcə, “Yaxın Şərq NATO”su bir az da güclənəcək.

Əgər ortada bir müdafiə paktı varsa, bir düşmənə də ehtiyac var. O düşmən isə, heç şübhəsiz, İran olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri