Icma.az
close
up
RU
I Quba Kitab Sərgisi uğurla yekunlaşıb

I Quba Kitab Sərgisi uğurla yekunlaşıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz) məktəblilərinin mütaliə yarışı” layihəsini uğurla yekunlaşdırıb.

525.az xəbər verir ki, layihənin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, ANAİB İdarə Heyətinin sədri və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, icraçısı isə XAN Nəşriyyatının direktoru, ANAİB İdarə Heyətinin üzvü Səbuhi Şahmursoy olub.

Layihənin məqsədi şimal bölgəsində məktəblilər arasında oxu vərdişlərini inkişaf etdirmək, vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini nümayiş etdirmək olub.

Layihənin yekun mərhələsi olaraq 31 oktyabr–1, 2 noyabr tarixlərində Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində I Quba Kitab Sərgisi keçirilib. Üç gün davam edən sərgi zamanı tanınmış yazıçı və şairlərin iştirakı ilə müxtəlif təqdimatlar, imza saatları və oxucu görüşləri baş tutub.

Açılış mərasimində layihə rəhbəri Şəmil Sadiq, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, “Ayna”–“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, xalq şairi Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, eləcə də AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış ediblər.

Tədbirdə tanınmış yazarlar – Varis Yolçuyev, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Gülzar İbrahimova, Əziz Yaqubzadə, Eyvaz Zeynalov, Aynur Cavid, Elgüsel və Orxan Bəyov iştirak ediblər. Onların hər biri oxucularla görüşlər keçirib, ədəbiyyatın insan və cəmiyyət həyatındakı roluna dair maraqlı fikirlər səsləndiriblər.

Sərgi çərçivəsində həmçinin məktəblilər, müəllimlər və kitabxanaçılar üçün maarifləndirici tədbirlər, ədəbi müzakirələr və “Zəfərin Uşaqları ilə Oxu Marafonu” qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.

İmtahanda ən yüksək nəticə göstərən ilk 10 iştirakçı mükafatlandırılıb. 4–10-cu yerləri qazanan iştirakçılara qiymətli kitablar və sertifikatlar təqdim olunub. İlk 3 yerin qalibinə isə qiymətli hədiyyələrlə bərabər diplom və pul mükafatları da təqdim olunub. I yerin qalibi Köhnə Xaçmaz kənd orta məktəbinin şagirdi Əliyeva Zəhra Müzəffər qızı 1000 AZN, II yerin qalibi Quba şəhər 2 saylı məktəbin şagirdi Əmrahov Tunar Vüsal oğlu 500 AZN, III yerin qalibi Köhnə Xaçmaz kənd orta məktəbinin şagirdi Məhərrəmova Aydan Saleh qızı 300 AZN ilə mükafatlandırılıblar.

Layihə və sərgi Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, MÜSİAD Azərbaycan, QİAD, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib. İnformasiya dəstəyi Qafqaz TV və “525-ci qəzet” olub.

Məlumat üçün qeyd edək ki, “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi Quba, Qusar və Xaçmazdan 6 məktəbin (ümumilikdə 300 şagird, 108 müəllim və 6 kitabxanaçının) iştirak etdiyi mütaliə müsabiqəsi idi. Layihə müddətində məktəblilər tərəfindən oxunulan 5 kitab bunlardır:

1. Əziz Sultan – “Mübariz Olmaq”;

2. Arif Əliyev – “Yalama”;

3. Şəmil Sadiq – “Zəfər yolu”;

4. Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”;

5. Əzizə Cəfərzadə – “Anamın nağılları”.

Mütaliə müddəti bitdikdən sonra şagirdlər seçilmiş kitablar əsasında hazırlanan suallardan ibarət imtahanda iştirak edib qalibiyyət uğrunda mübarizə aparmışdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri