Daşkəsəndə Kitab sərgisi açılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Daşkəsən, 28 may, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsənin Dəstəfur kəndində 28 May - Müstəqillik Gününə həsr olunan kitab sərgisi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, yerli ictimaiyyət nümayəndələri, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, kənd sakinləri, məktəblilər iştirak ediblər. Sərgidə Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən kitablar, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlər, sənədlər nümayiş etdirilib. Yerli sakinlərin, məktəblilərin hazırladığı, vətənpərvərlik mövzusunda rəsmlər, dekorativ tətbiqi sənət nümunələrindən ibarət əl işləri də maraqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















