Icma.az
close
up
RU
“İbrahim Sazişlərinə” elə ölkələr qoşulacaq ki... Uitkoff

“İbrahim Sazişlərinə” elə ölkələr qoşulacaq ki... Uitkoff

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp üçün “İbrahim Sazişlərinin” genişləndirilməsi əsas prioritetlərdən biridir və yaxın vaxtlarda bu sazişə bir neçə ölkənin qoşulması gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNBC telekanalına müsahibəsində bildirib.

"Prezidentin əsas məqsədlərindən biri "İbrahim Sazişlərini" genişləndirmək və daha çox ölkəni bu təşəbbüsə cəlb etməkdir. Düşünürəm ki, yaxın zamanda bu sazişə qoşulacaq ölkələrlə bağlı olduqca vacib elanlar olacaq”, - deyə o qeyd edib.

Uitkoff əlavə edib ki, ABŞ gözlənilməz ölkələrlə də münasibətləri normallaşdırmaq istəyir.

Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyə töhfə verəcək.

Qeyd edək ki, Tramp bu sazişi birinci prezidentlik müddətindəki əsas uğurlardan biri hesab edir. “İbrahim Sazişləri” 2020–2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub. 2020-ci ildə İsraillə münasibətləri Bəhreyn, BƏƏ və Mərakeş normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik münasibətlərin qurulduğunu elan edib. Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələrindən yalnız Misirlə (1979) və İordaniya ilə (1994) diplomatik əlaqələri mövcud idi.

Daha əvvəl Trampın xüsusi nümayəndəsi bildirmişdi ki, yaxın gələcəkdə Səudiyyə Ərəbistanı, həmçinin Livan, Liviya və Suriya da “İbrahim Sazişlərinə” qoşularaq İsraillə münasibətləri normallaşdıra bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri