İbrahim Tatlısesə hücumun təşkilatçısı həbsxanadan çıxarıldı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İbrahim Tatlısesə 2011-ci ildə təşkil edilən silahlı hücumla bağlı həbsdə olan Abdullah Uçmak yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün xüsusi icazə ilə həbsxanadan çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, Uçmak Adananın Kozan rayonunda vəfat edən qaynı Bilal Bayrakçının dəfn mərasiminə qatılıb. Onun dəfn mərasimində iştirakı zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşları Uçmakın ətrafında təhlükəsizlik çərçivəsi yaradıb. Uçmak cənazə namazında iştirak edib və dəfn mərasimindən sonra yenidən saxlanıldığı həbsxanaya aparılıb.
Hadisə 14 mart 2011-ci ildə baş vermişdi. İbrahim Tatlıses “İbo Show” proqramının çəkilişindən sonra İstanbulun Maslak rayonunda silahlı hücuma məruz qalmışdı. Uzun lüləli silahlarla həyata keçirilən hücum zamanı müğənni başından ağır yaralanmışdı. Həmin vaxt Tatlısesin yanında olan köməkçisi Buket Çakıcı da yaralanmış, avtomobilin sürücüsü Hakan Çalışkan isə xəsarət almamışdı. Araşdırma və məhkəmə prosesi nəticəsində Abdullah Uçmak hücumun təşkilatçısı olduğu müəyyən edilərək həbs cəzasına məhkum edilmişdi. pizza hut
Qeyd edək ki, Uçmak 2026-cı ilin yanvarında da xüsusi icazə ilə həbsxanadan çıxaraq Osmaniyənin Kadirli rayonunda yaxınlarından birinin dəfn mərasimində iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 23 Sentyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















