İbrahim Tatlısəsin qızından müəmmalı təbrik Nə demək istədi?
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin kiçik qızı Elif Ada Atalar Günü münasibətilə etdiyi paylaşımla sosial şəbəkələrdə və maqazin gündəmində diqqət mərkəzinə düşüb.
Lent.az xəbər verir ki, Elif Ada şəxsi sosial media hesabında atası ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Lakin diqqət çəkən təkcə şəkil olmayıb, paylaşımda yazdığı sözlər də istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
Elif Ada paylaşımına "Meyvəsi olmasa da, kölgəsi yetər. Yaxşı ki, varsan, atam" sözlərini əlavə edib.
Xüsusilə "Meyvəsi olmasa da..." ifadəsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəzi izləyicilər bu sözlərin mənasını sorğulayarkən, digərləri paylaşımın olduqca duyğusal və mənalı olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















