Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

İbrahim Yusifoğlu poeziyasından görünən uşaq dünyası

İbrahim Yusifoğlu poeziyasından görünən uşaq dünyası

Icma.az, Adelet.az saytına istinadən bildirir.

İbrahim Yusifoğlu yeni dövrün ən yaxşı maarifçi poeziyasının və uşaq şeirini yaratmaqda davam edir. Məktəb şeirləri və uşaq poeziyası onun maarifçi şeirlərinin aparıcı qanadını təşkil edir.

Akademik İsa Həbibbəyli

Səməd Vurğun “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı məqaləsində yazırdı:  “... məna gözəlliyinin əsas ruhu insana və təbiətə qarşı məhəbbətdir. Uşaq özü canlı olduğundan insan və təbiət aşiqidir. Şeir və nəğmələrimiz, hər şeydən əvvəl, təbiət və insan gözəlliyini tərənnüm edərsə, uşağın onlara qarşı meyil və həvəsi çiçəklənər, o özüdə insan olmağı ilə fəxr edər. Siz sual verə bilərsiniz ki, insanların hamısı gözəl və yaxşı deyil ki? Bəs pis adamlar, istismarçılar, qəsbkarlar, oğrular və cibgirlər haqqında uşaqlara məlumat verilməsinmi? Xeyr, tələsməyin!  Uşaq həyatının müəyyən dövrü gələcəkdir ki, o özü həyatda gördüyü, eşitdiyi fənalıqlarla maraqlanacaqdır. O zaman biz ona bu anlaqlar haqqında izahat verərik”.Böyük şair hər cəhdlə uşaq dünyasını ətraf mühitin mənfi informasiyasından, xoşagəlməz hadisələrin qara dalğasındanqorumağa, onların saf təbəssümlərinə çevrələrinin zərər verməməsinə çalışırdı.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, respublikanın qabaqcıl təhsil işçisi, şair İbrahim Yusifoğlu “Futbolçu, topçu, gopçu”, “Vətən nəğməsi”, “Göy yerə zəng eləyir”, “Qıymayın uşaqlara” adlı kitabları nəşr etdirərək balaca oxuculara hədiyyə etmişdir. 2020-ci ildə “Payızda üşüyən çiçək” adlı uşaq şeirləri kitabı Tehranda “Xudafərin” nəşrlər evində əski əlifba ilə çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi “Azərbaycan uşaq ədəbiyyatı antalogiyası”nda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunan iki cildli “Azərbaycan uşaq ədəbiyyatı” kitabında, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na dair “Müntəxabat”da İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı silsilə şeirləri verilmişdir. Dövri mətbuatda ardıcıl şəkildə çap olunan İbrahim Yusifoğlu uşaq şeirlərini və publisistik yazılarını müntəzəm olaraq oxuculara çatdırmaqda davam edir. Onun şeirlərində, poema və mənzum pyeslərində uşaqlar saf dünyanın sakinləri kimi, şirin, şıltaq, təbii təqdim olunurlar.

Müəllif öz şeirləri ilə dünyanı, təbiəti, həyatı balacalara sevə-sevə öyrədir. İbrahim müəllim bütün vətən balalarının timsalında nəvələrinin əlindən tutub onları mərdlik, qəhrəmanlıq, bütövlük simvolu olan Əlincə qalasından tutmuş elləri, obaları gəzdirir, vətənin hər qarışındakı gözəlliyi onlara təqdim edir, tanıdır. Sanki bütün bu var olan, bəzən qan, can bahasına qorunan bu gözəllikləri, maddi və mənəvi sərvətləri balaca nəsillərə ərməğan və əmanət edir. Təbii ki, sevimli babalarından ərməğan olaraq alınan bu sərvətlər balacalar üçün misilsiz dəyər anlamı daşıyacaq. Onlar bu misilsiz dəyərləri yad nəfəslərdən, mənfur niyyətlərdən qorumağa çalışacaqlar. Qoynunda neçə-neçə əfsanələr gizləyən Arpaçay, haqqında dastanlar qoşulan Xan Araz, Gəmiqaya, Çilənçay, Bülöv gölü, doğma Axura kəndinin “Danaqalası”, “Noxudlu düzü”, “İydəli dərəsi” adlanan məskənlər şairin yaradıcılığında təkcə poetik vəsfini tapan  coğrafi məkan olmaqla qalmır, onların genetik yaddaşdakı funksional obrazları da açıqlanır.

Müəllifin yaradıcılığına xas olan səmimilik  görünür, həm də onun 50 illik müəllimlik peşəsindən, pedoqoji təcrübəsindən qaynaqlanır. Balacaların dilini bilən, onlarla öz dilində danışan şair çox sadə, həyati lövhələrlə onlarda yüksək mənəvi keyfiyyətlər aşılayır. Baba-nənə, nənə-nəvə, baba-nəvə münasibətlərini əks etdirən bədii nümunələr milli ailə modelini, ailədaxili münasibətləri sərgiləmək baxımından daəhəmiyyətli səciyyə daşıyırlar. Maraqlı sual-cavab üzərində qurulanşeirlər dünyanı, ətraf aləmi öyrənmək istəyən balacaya onu əhatə edən çevrəsini tanıtmağa kömək edir. İbrahim Yusifoğlunun şeirlərindəki səmimiyyət özünü Aymir, Aysun, Ayan, İslam, Araz, Turan, Asəf kimi bir-birinə bənzəməyən qəhrəmanların təqdimində də göstərir. Həyatda bir-birinə bənzəməyən, biri bir qədər küsəyən, bir qədər qoçaq, biri bir qədər “gopçu”, “çoxbilən”,biri bir qədər tənbəl olan bu poetik qəhrəmanlar şeirdə də öz təbii görüntülərindədirlər. Bu kiçik poetik qəhrəmanların bəzən sadəlövhlüyündən, bəzən də hazırcavablıqlarından şairin şeiri maraqlı poetik tapıntılar qazanır:

         Babacan, ay babacan,

         Nənəmi də tez çağır.

         Göydə olan ulduzlar,

         Qar olub yerə yağır.

                            (“Ulduzlar yerə yağır”)

         ***

         Gör nə vaxtdır yağış yağır,

         Daha yağır ağır-ağır,

         Baba, yağış yorulubdur,

         Qoy dincəlsin, evə çağır.

                            (“Evə çağır”)

                   ***

         Güllərə bax, güllərə,

         Gülər baxır güllərə,

Deyir, güllər gecədən

Yamanca qorxubdular,

Doyunca ağlayıblar,

Baxın, göz yaşlarını,

Ləçəklər saxlayıblar.

(“Ağlayan güllər”)

         ***

Qazın üstündə çaydan

Özünü şux saxladı.

Alovlar qəzəblənib

Onu yaman dağladı.

Yazıq çaydan dözməyib,

Hönkür-hönkür ağladı.

(“Çaydan”)

***

İradım var söyüdə,

Baxmır sözə, öyüdə,

Saçlarını daramır,

Özünə iv aramır.

(“Söyüd”)

Şair azyaşlılara təkcə vətəni sevməyi, onu qorumağı öyrətmir, həm də yay tətilini baba nənəsinin yanında keçirməyə gələn nəvələrə kənd həyatını, zəhmət sevərliyi aşılayır, təbiəti, onun sirlərini öyrədir. Milli mətbəximizin ləziz təamlarından (qovut, əriştə, küftə), neçə-neçə gül-çiçəkdən,dərdlər dərmanı olan otlardan, milli oyunlardan bəhs etməklə,bəzilərinin hətta unudulmaqda olanadlarını balacalara öyrədən bu şeirlər dəyərli bədii nümunələrdir.

İ.Yusifoğlunun “Göy yerə zəng eyləyir” şeiri maraqlıdır. Göyün yerə zəngi necə ola bilər? Bu da İbrahim müəllimin kiçik poetik qəhrəmanlarından birinin –Ayanın fantaziyasıdır. Yağışlı gündür, ildırım çaxır, şimşək hay-küy salır, hər uşaq bu təbiət hadisəsi haqqında bir cür fikir söyləyir. Ən maraqlı şərh isə Ayana məxsusdur: Göy yerə zəng eyləyir.

Kitabda maraqlı şeirlərindən biri “Qorxu” adlanır. Övladlar atalarını həmişə hamıdan güclü, əzəmətli, qorxmaz bilirlər. Amma əslində atalarının içində məhəbbətdən, məsuliyyətdən doğanbir qorxu, bir təlaş da var. Müəllifin qızlarına müraciətlə yazdığı “Qorxu” şeirində dünyanın sabahından nigaran olan,həyəcan keçirən şairin valideyn narahatlığı, kövrəkliyi, atalıq məsuliyyəti hiss olunur. Bunu övladlarına hiss etdirmədən gizlicə içində yaşadan atanın etirafı:

Qorxuram, yer üzündə yaşayan

xoxanlar, xortdanlar,

ilanlar, əqrəblər, bövlər,

alt dodağı yer süpürən,

üst dodağı göy süpürən divlər,

Barmaqlarını düyməyə uzada;

Yağışlar buludsuz yağa,

Dənizlər tufansız coşa,

Çaylar yağışsız daşa,

Ömürlük yara vurula anamız torpağa!

Bu təşviş, valideyn nigaranlığı dünya durduqca olacaq. Amma arzu edək ki, övladlardan gizli içimizdə yaşanan bu qorxu məmləkətimizdəndə, dünyamızdan da uzaq olsun. Dünyanı körpə gülüşü, üşaq təbəssümü bəzəsin. Balacalar baba, nənə qayğıkeşliyi və nəvazişi ilə əhatələnsin.44 günlük zəfərdən sonra bu qələbənin sevincini sevimli balalara öz poetik misalları ilə çatdıran şair “Zəfər nəğməsi” silsiləsindən axıcı və yaddaqalan şeirlər bəxş etmişdir. “Qıymayın uşaqlara” şeirində müəllif körpə fidanları müharibə və terror vasitəsilə şirin röyalardan ayrı salanlara, qönçə ikən dünyaya göz yumanlara qarşı etiraz səsini ucaldır:

Ay Günəş istəyənlər,

Nur ələsin cahana.

Şeh, yağış diləyirlər

Təbiət gəlsin cana.

İstəyirlər gül, çiçək

Ətri çöksün hər yana.

Raketləri, topları

Tuşlamayın onlara.

Tanrıdan gələn səsdi:

 – Qıymayın uşaqlara.

         Ümumiyyətlə, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı şeirlər, poemalar və mənzum pyeslər kiçik yaşlı uşaqların həyata baxışının formalaşmasına, mənəvi-əxlaqi və tərbiyəvi xüsusiyyətlərinə təsir göstərən əsərlər kimi daimi öz təravətini qoruyub saxlayacaqdır. Bədii yaradıcılığın şərəfli əzablı yollarında İbrahim Yusifoğluya dəyanət və uğurlar, körpə oxuculara mənalı həyat arzulayırıq.

Aygün Bağırlı ,

Filologiyaüzrəfəlsəfədoktoru, dosent 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri