Icma.az
close
up
RU
İbrahim Yusifoğlunun YENİ ŞEİRLƏRİ

İbrahim Yusifoğlunun YENİ ŞEİRLƏRİ

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AD GÜNÜN MÜBARƏK, AKADEMİYA

Azərbaycan Respublikası Prezidenti 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edbilməsi haqqında sərəncam imzalamışdır.

Azərbaycan elmi qədim, uludu,

Bəxş edib cahana çox dahiləri.

Böyük türk elminin parlaq qoludu,

Xaqan Xaqanidən ta üzü bəri.

Bu elm yüksəldit, elə boy atdı,

Yayıldı sədası Ulduza, Aya.

Böyük kəşflərinə dünya qol atdı,

Məbədtək tanınır Akademiya!

Uzaq ulduqların sorağındadı,

İzləyir, kəşf edir kəhkəşanları.

Yeni tapıntılar marağındadı,

Möcüzə yaradır ötən anları.

Quruda, dənizdə “Qara qızıl”ın,

Yerləri, sirləri kəşf olunubdu.

Qarşısı alınıb qorxunc anların,

Dünya təhlükədən çox qorunubdu.

Qoynunda çalışan elm adamları

Min zəhmət çəkiblər, bəhrəsi çoxdu.

Yusif Məmmədəliyev adlı dahinin,

Elmi kəşflərinin əvəzi yoxdu.

Nizami dühası, Məhsəti şeiri,

Əbədiyyət tapdı öz obasında.

Füzuli qüdrəti, sənətdə yeri,

Ucaldı Tanrıya söz libasında.

Ucalır vüqarla neçə abidə,

Rəngini soldurmur qarlar, yağışlar.

Parisi, Londonu salıb heyrətə,

Memar Əcəmidən qalan naxışlar.

Hər işi dünyəvi, bəşəri işdi,

Müstəqil çağından yoxdu dərd-səri.

Xalqımız bu qədər fəxr etməmişdi,

Kosmik fəzalarda süzür peykləri.

Tükənməz qayğısı Ulu Öndərin

Çatdı imdadına çətin anında.

Tapdı dəyərini möhtəşəm, dərin,

Qalib Prezidentin Sərəncamında.

Sevinc içindədi elm mərkəzimiz,

Saçılır, bərq vurur nur dolu ziya.

Fəxrlə, qürurla söyləyirk biz;

– Ad günün mübarək, Akademiya!

05.02.2025

DAYAN, İNSAN

Bir dəlisov külək əsir,

Axşam əsir, səhər əsir…   

Kəsmək bilmir…

əsir… əsir…

Uğultusu, vıyıltısı

Cəhənnəmdən gələn səsdi.

Külək əsir…

adamların,

Düz qamətli ağacların,

Əyilməyən qəddin əyir.

Viran qoyur təbiəti,

Dörd bir yana ziyan dəyir.

Bir səs gəlir,

Ulu səsdi:

– Dəli külək, tərslik etdin,

Daha yetər, daha bəsdi!..

Külək kəsdi!

***

Göy üzündə qara bulud,

Yağış oldu, yağdı, yağdı…

Gur damcılar at oynatdı,

Göy kişnədi, şimşək çaxdı.

Dağ, dərədən axan sular

Bircə anda döndü selə.

Çaylar çıxdı məcrasından

Ağrı, kədər dəydi elə.

Çox canlının viran qaldı

Daldanacaq yuvaları.

Qəm qarışıq ərşə çatdı

Dərdlilərin duaları.

Səs qarışdı damcılara

Qeybdən gələn ülvi bir səs:

–Bəsdi yağdın, bəsdi axdın,

Dayan yağış, dər bir nəfəs.

Daha bəsdi!..

… Yağış kəsdi…

***

Yağış yağmır…

külək əsmir…

Göy üzündən yer üzünə.

İndi daha yerdən göyə,

Göydən yerə alov yağır.

Acgözlərin bədniyyəti

Dönüb olub, qara bulud,

Zəhərini səpələyir

Hardan gəldi, hara bulud.

Göy diksinik, yer titrəyir,

Ölüm saçan mənzərəyə.

Ölür uşaq, qadın… qoca...

Alan yoxdur heç nəzərə.

Od püskürür tanklar, toplar,

Raketlərdi hədəf vuran.

Göy üzündə “at oynadan”

Dronlardı – qorxunc hər an.

Acgözlüyün, dəliliyin

Qoymur yerə, qoymur İnsan!

Qan tökməkdən, can almaqdan,

Doymur insan, doymur İnsan!

Qatilləri kimsə belə

Əbədi məhv edə bilmir.

Quduzlaşıb insan elə

Tanrı dada yerə bilmir.

… Bir səs gəlir, Tanrıdan səs:

Yağış, külək kəsdi bir an.

Ancaq yenə ölüm yağır,

Dayan, insan dayan, İnsan!

20.02.2025

İbrahim Yusifoğlu

XƏZƏRİM

Dəryasına sığışmayan

Mavi gözlü Xəzərim!

Nəğməsini xəfif xəzri,

Pıçıltısını meh yayan

Ləpə sözlü Xəzərim!

Qağayılar gen qoynunda

Qıy vuraraq dalaşarlar.

Çılğın, odlu ehtirasla

Səni qucub, dolaşarlar.

Xoş çağında kövrək quzu,

Sərtləşəndə dəli nərim –

Xəzərim!

***

Səndən uzaq…

Çox, çox uzaq,

Dağ kəndində doğulsam da.

Dar məkanda xəbər-ətər,

Azlığında boğulsam da,

Sozalmayıb sənə baxan

Nur atəşli, gur nəzərim –

Xəzərim!

***

Görüşünə gələnmədim,

Bağlanmışdı quru yolum.

Çox istədim öpəm, qucam

Boynuna çatmadı qolum.

Min olmuşdu dərdim-sərim –

Xəzərim!

***

Dağ, dərədə günüm keçdi,

Hərdən çaşıb yolu azdım.

Ehtiyaclar üzdü məni,

Sənə “Açıq məktub” yazdım:

– Qəzetlərdən oxuyuram,

Sərvətin-varın daşınır.

Utanıram sənə yazam,

Mənim də əlim qaşınır.

Çoxalırdı gileylərim,

Xəzərim!

***

Bir gün gəldim sahilinə

Əllimdəydi söz dərgisi.

Dalğaları coşdururdu

Qayaxanın türk şərqisi.

“Atın məni dənizlərə,

Yalan dünya sizə qalsın!”

Mən də kövrək şeir yazdım

Aramıza körpü salsın:

– Siz dəniz istəyimdən

Qorxmayın bircə an da.

Gözüm yoxdur dənizin

Sərvətində, varında.

Yaşamaq istəyirəm

Mavi dalcalarında.

Bu həyatdan kim necə

Zövq alır, qoyun alsın

Atın məni dənizə,

Bu həyat sizə qalsın!

***

Öz adınla, sərvətinlə,

Çoxlarına göz dağısan.

Öz elinin, öz obanın

Hər anında xoş çağısan,

Heç bir ənam istəmirəm,

Mənə adın-sanın bəsdi,

Məhəbbətim, şeirlərim,

Sənə olan doğma səsdi.

Ləlim-zərin,

dərdim-sərim,

kövrək quzum,

dəli nərim –

Xəzərim!

14.01.2025

İbrahim Yusifoğlu

DARIXDIM,

YAMAN

DARIXDIM

Elə çıxdın ki, qarşıma,

Karıxdım, yaman darıxdım.

Boylanıb baxdım yaşıma,

Darıxdım, yaman darıxdım.

***

Gözlərində sərtlik gördüm,

Al çöhrəndə pərtlik gördüm,

Duruşunda təklik gördüm,

Karıxdım, yaman karıxdım.

***

Dözəmmədim od baxışa,

Tuş gəlmişdimcod qarğışa

Yağan dəli boz yağışa,

Qarışdım, yaman qarışdım.

***

Pərt halımı süzüb keçdin,

Naz-qəmzəni düzüb keçdin.

Ürəyimi üzüb keçdin –

Sınıxdım, yaman sınıxdım.

***

Küskünlüyü təl eylədin,

Kirpiyini ləl eylədin,

Dönüb hələ əl eylədin –

Barışdım, tamam barışdım.

11.11.2021.

MƏN SƏNİ QORUYUB, SAXLAYAMMADIM

Bütün gözəllikdən alsam da ilham,

Neyləyim, hey coşub-çağlayammadım.

Ehtiyac üzümə vursa da eyham,

Mən səni qoruyub saxlayammadım.

***

Həyatda ağrını, dərdi görmüşəm,

Alağı bol olan kərdi görmüşəm,

Zərləri tərs düşən mərdi görmüşəm,

Ardınca hıçqırdım, ağlayammadım,

Mən səni qoruyub saxlayammadım.

***

Sən mənim payızda açan gülümsən,

Pəncərə önündə duran tülümsən,

Bütün olanlara küsmə, gülümsə,

Neynədim, özümə bağlayammajım,

Mən səni qoruyub saxlayammadım.

18.01.2022


DƏRƏ BİLMƏDİM

Ən uzun yollar da sona çatarmış,

Ən isti günlər də dönərmiş qışa.

Şimşəklər oynayıb başı qatarmış,

Ömrümüz tuş gəldi dəli yağışa.

***

Mən ki, kövrək ruhlu kənd oğlanıydım,

Dözməzdim, bir gülün inciməsinə.

Sən keçən keçidə hey boylanardım,

Güvənib qəlbimin ülvi səsinə.

***

Utancaq sevginin utanc sonluğu,

Ağrıya, həsrətə sinə gərmədim.

Qəlbimdə açmamış, tumurcuq solan,

Sevgi güllərini dərə bilmədim.

29.11.2024

DAHA MƏN….

Daha mən… gözəllərə,

Ərklə salam verirəm.

Hər birinə ürəkdən

“Qızım”, “balam” deyirəm.

***

Daha mən… gül-çiçəyi,

Ehtiyatla üzürəm.

“5” alan nəvələrin,

Saçlarına düzürəm.

***

Daha mən… bülbüllərin

Uymuram ədasına.

Alışmışam qartalın,

Qıy vuran sədasına.

***

Daha mən…qovuşmuşam,

Vətənin parasına.

Bir-bir məlhəm qoyuram,

Köksündə yarasına.

***

Daha yerə sığmıram

Gözüm Ulduz, Aydadı.

Gücüm, eşqim tükənməz,

Sevgim dünya boydadı…

05.12.2021.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri