İbtidai sinfin sonunda biz şagirdlərin potensialını əvvəlcədən müəyyən edə bilirik
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Olimpiadalar hər il böyük maraqla keçirilir. Olimpiada qalibi olmaq isə həmyaşıdlarından fərqlənmək deməkdir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı səsləndirib.
Nazir olimpiada qaliblərini təbrik edib: “Siz həmyaşıdlarınızın cəmi 0.1 faizini təşkil edirsiniz. Bu, böyük məsuliyyətdir. Siz bu məsuliyyəti heç vaxt unutmamalısınız. Bu nailiyyət həm fərdi, həm də ictimai məsuliyyət yaradır. Malik olduğunuz bu fitri istedadla yalnız özünüz üçün deyil, həm də cəmiyyət və Vətən üçün faydalı işlər görməlisiniz.”
Emin Əmrullayev qeyd edib ki, əvvəllər Respublika Fənn Olimpiadalarında cəmi 1000 nəfər iştirak edirdi: “Hazırda isə bu rəqəm 80 minə çatıb. Bu olduqca müsbət haldır”.
Nazir bildirib ki, istedadlı gənclərlə işləmək və onların inkişafını təmin etmək əsas prioritetlərdən biridir.
“Son bir-iki ildir IV sinfin sonunda monitorinqlər keçirilir. Bu isə 100 mindən artıq şagirdin qiymətləndirilməsi deməkdir. Çünki ibtidai sinfin sonunda biz şagirdlərin potensialını əvvəlcədən müəyyən edə bilirik”,- deyə o qeyd edib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında məktəblilər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















