İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli ARTIB
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müəllimlərin işə qəbulu üçün müsabiqə keçirilir və orada uğur qazananlar işə qəbul olur. Azərbaycan qanunvericiliyində insanın cinsinə görə işə qəbul etmək kimi bir mexanizm mövcud deyil”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir son illərdə müəllimliyə qəbul olunan tələbələrin bal göstəricilərinin artmasına diqqət çəkib. O bildirib ki, 10 il əvvəl ibtidai sinif müəllimliyinə qəbul olunanların sayı çox az idi, ancaq bu rəqəm indi xeyli artıb: "Pedaqoji Universitetin tələbələrinin bal göstəricilərindəki artım bunun açıq göstəricisidir. İnanıram ki, artım davam edəcək və bu proses təbii olaraq öz yolunu tapacaq. Dünyanın bir çox ölkələrində olduğu kimi, bu sahədə də qadın müəllimlərin sayı kişilərdən daha çoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















