Icma.az
close
up
RU
İbtidai təhsilin beş il olması təklif edilir Məktəb modeli dəyişəcək?

İbtidai təhsilin beş il olması təklif edilir Məktəb modeli dəyişəcək?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. Məktəb modeli dəyişməlidir. İbtidai məktəb dörd il deyil, beş il olmalıdır. Orta məktəbin 11 il olması doğru deyil".

ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmmədin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında səsləndirdiyi bu fikirlər geniş rezonans doğurub və diskussiyalara yol açıb. Q.Məmməd təklifini belə əsaslandırıb: "Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını əllərindən alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. Müasir dünyada belədir. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik".

Q.Məmmədin fikirləri sadəcə tədris müddətinin dəyişdirilməsi deyil, bütövlükdə təhsil sisteminin strukturu, mahiyyəti və yanaşması üzərində düşünmək zərurətini gündəmə gətirib.

Təhsil işçiləri də Azərbaycanda məktəb modelinin dəyişməsinə ehtiyac olduğunu bildirirlər.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Əgər bu mərhələ beş ilə uzadılarsa...

"İbtidai təhsilin beş il olması təklifi uşağın inkişafına daha uyğun, tələsdirilməyən, mərhələli və şəxsiyyətyönümlü bir tədris modeli qurmaq imkanı verir", - deyə məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərovanın sözlərinə görə, altı yaşlı uşaq üçün məktəb həyatına adaptasiya, yazı, oxu, məntiq, sosial münasibətlər kimi bacarıqları qazanmaq prosesi dərin, sistemli və dözümlü yanaşma tələb edir:

"Dörd illik müddət bu ehtiyacları tam şəkildə qarşılamaq üçün kifayət etmir və nəticədə həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün təzyiq və stres mənbəyinə çevrilə bilir. Əgər bu mərhələ beş ilə uzadılarsa, uşaqlara daha sakit və balanslı öyrənmə şəraiti yaradılar, fərdi potensialın inkişafına daha geniş imkan açar".

İnsana yönəlmiş model

İŞ üzvünün sözlərinə görə, bu təklif eyni zamanda beynəlxalq təcrübəyə də uyğundur. Belə ki, Finlandiya, Yaponiya, Almaniya və s. inkişaf etmiş ölkələrdə ibtidai təhsil mərhələsi daha uzunmüddətli və uşaq mərkəzli şəkildə təşkil olunub:

"Bu ölkələrdə məqsəd sadəcə yüksək akademik nəticə əldə etmək deyil, uşağın şəxsiyyət kimi formalaşmasına, məktəbi sevərək mənimsəməsinə və sosial bacarıqlar qazanmasına şərait yaratmaqdır".

G.Əkbərova hesab edir ki, nəticə olaraq, məktəb modelinin dəyişdirilməsi sadəcə illərin və mərhələlərin texniki bölünməsi deyil, təhsil anlayışımızın köklü şəkildə yenilənməsi deməkdir:

"Biz təhsili uşağın inkişafına uyğunlaşdırmalıyıq, əks halda uşağı təhsilə uyğunlaşdırmaq üçün onu itirə bilərik. Məktəb uşağın özünü kəşf etdiyi, şəxsiyyət kimi formalaşdığı, həyat bacarıqları qazandığı yer olmalıdır. Bu isə yalnız düşünülmüş, mərhələli, sistemli və insana yönəlmiş məktəb modeli ilə mümkündür. İbtidai təhsilin beş il olması və məktəb pillələrinin müstəqil strukturlara ayrılması bu istiqamətdə atılacaq çox vacib və strateji addım ola bilər. Gələcəyin təhsili bu günün cəsarətli qərarları ilə qurulur".

Müvafiq dəstək mexanizmlərinə ehtiyac

G.Əkbərovanın sözlərinə görə, məktəb modelinin dəyişməsi ilə bağlı daha bir vacib təklif də gündəmdədir:

"Təhsilin mərhələlər - ibtidai, orta və yuxarı siniflər üzrə, ayrı-ayrı məktəblərdə təşkili. Bu ideya həm pedaqoji, həm psixoloji, həm də idarəetmə baxımından ciddi məntiqə söykənir. Altı yaşlı uşaqla 16 yaşlı yeniyetmənin eyni məktəbdə, eyni mühitdə təhsil alması heç bir halda uyğun deyil. Fərqli yaş dövrlərində olan uşaqların öyrənmə ehtiyacları, sosial davranışları və psixoloji sabitlikləri fərqli olduğu üçün bu mərhələlərin ayrı-ayrı strukturlarda təşkili daha məqsədəuyğundur".

G.Əkbərovanın fikrincə, müəllim heyəti də bu fərqli mərhələlər üzrə ixtisaslaşmalı, eyni pedaqoji yanaşma ilə hər üç mərhələni idarə etməyə çalışmaqdan uzaqlaşmalıdır. Əkbərova bildirib ki, valideyn-məktəb münasibətləri də bu modeldə daha sağlam şəkil alar:

"Bu mərhələli yanaşma valideynləri də uşaqların yaş dövrlərinə uyğun şəkildə təhsil prosesinə cəlb etməyə imkan yaradar".

G.Əkbərovanın fikrincə, bütün bu yanaşmalar yalnız o zaman uğurla həyata keçə bilər ki, paralel olaraq təhsil sistemində müvafiq dəstək mexanizmləri də qurulsun:

"Müəllimlərin fasiləsiz təlimi, yeni kurikulumların hazırlanması, resurs bazasının gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacibdir. Əks halda dəyişikliklər formal xarakter daşıyacaq və real nəticə verməyəcək".

Beynəlxalq təhsil sistemi ilə ayaqlaşmaq

ADPU-nun baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova da təklifi doğru hesab edir. Onun sözlərinə görə, dünyanın əksər aparıcı ölkələrində təhsil 12 illikdir. X.Həmidova bildirir ki, bəzi ölkələrdə ibtidai sinif beş il yox, hətta altı ildir: üç il birinci, üç il ikinci hissə şəklində bölünüb. X.Həmidova təklifin sadəcə beş yaşlıların hesabına həyata keçirilməsinə razı deyil:

"Çünki uşaqların beş yaşından məktəbə getməsi o qədər də doğru deyil. Buradan başlayacağıqsa, böyük bir səhv etmiş olacağıq. Həqiqətən də məktəbəhazırlıq qruplarını məktəbin birinci sinfi kimi qəbul etsək, o zaman məktəbəqədər hazırlıq qruplarında yalnız məktəbəqədər təhsil mütəxəssisləri işləməlidirlər. Ondan sonra uşaqlar ibtidai sinifdə dərsə başlamalı, sonra digər mərhələlərə keçid olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri