Peyvəndi olmayan Ebola virusu yayılır
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Afrikada Ebola virusuna yoluxma halları yayılmaqda davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Nazirliyi ölkədə davam edən Ebola epidemiyası ilə bağlı son məlumatları açıqlayıb.
Məlumata görə, indiyədək 12 021 yoluxma halı təsdiqlənib, 5 904 nəfər isə virus səbəbindən həyatını itirib. Münaqişələr və əhalinin epidemiyaya qarşı mübarizə tədbirlərinə göstərdiyi müqavimət virusun yayılmasını daha da sürətləndirib. Belə ki, may ayında yalnız bir əyalətdə qeydə alınan Ebola virusu indiyədək İturi, Şimali Kivu və Cənubi Kivu da daxil olmaqla, ölkənin 8 əyalətinə yayılıb.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, may ayında başlayan epidemiyaya səbəb olan “Bundibugyo” Ebola variantına qarşı hələlik təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















