Icma.az
close
up
RU
İcazə almadan ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküblər, Polis İdarəsində araşdırma gedir

İcazə almadan ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküblər, Polis İdarəsində araşdırma gedir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən sosial şəbəkələrdə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb. Videogörüntüdə tərəflər arasında əlbəyaxa dava düşüb. Məlumata görə hadisəyə səbəb agentlik əməkdaşlarının ticarət mərkəzində yerləşən qanunsuz reklam lövhələrini sökmək istəməsi olub.

Hadisə necə olub və bu hadisəyə görə hansı hüquqi addımlar atılacaq?

Məsələ ilə bağlı “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, heç kimdən icazə almadan ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküblər: “Dünən səhər saatlarında Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları “Sədərək” Ticarət Mərkəzinə kranlarla, yük maşınları ilə hücum ediblər. Onlar heç kimdən icazə almadan ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküb dağıdıblar. Demək olar ki, 21 reklam lövhəsi sökülüb dağılıb. Bunu mütəxəssislər hesablayıb ki, hər biri 10 min manat dəyərində olan reklam lövhəsinə bütövlükdə 210 min manat zərər dəyib.

Reklam haqqında qanuna görə, adətən müxtəlif şirkətlərin, firmaların reklam lövhələri açıq məkanlarda yerləşdirilir.

Məsələ artıq məhkəmədədir. Bu məsələ ilə bağlı məhkəmə qərarını mən göndərdim. Apelyasiya Məhkəməsi də qərar verib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Sədərək” Ticarət Mərkəzinin ərazisində üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və sair bu kimi təyinatlı obyektlər mövcuddur. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Ticarət mərkəzi özəl mühafizə xidməti tərəfində mühafizə olunur. Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşir. Onun 4 girişi vardı. “Sədərək” Ticarət Mərkəzinin daxili ərazisi qapalı məkandır. İş vaxtı 24 saatı əhatə etmir, axşam saatlarında - saat 19:00-dan sonra isə ticarət mərkəzi bağlanır və heç bir fəaliyyət göstərmir. Ərazi özəl mühafizə xidmətləri tərəfindən mühafizə olunur. İşıqlandırılan lövhələr söndürülür”.

Kəmaləddin Qədim vurğulayıb ki, o lövhələrdə korpuslara girişi və orda nələr satıldığı istiqaməti göstərir: “Qeyd edim ki, ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərən lövhələr vardır ki, o lövhələrdə korpuslara girişi və orda nələr satıldığı istiqaməti göstərir. Ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burda koordinat göstərən yazısı yoxdur. Amma buna baxmayaraq, bütün bu qanunları pozaraq Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları bizim mühafizə xidmətinin əmakdaşları ilə qarşıdurmaya gediblər, hətta orda yumruq davası olub, bizim əməkdaşlar burda xəsarət alıblar.

Bir daha xatırladıram ki, bu qərar Apelyasiya məhkəməsinin qərarıdır və məhkəmənin də qərarını göstərsək də, heç bir məhəl qoymurlar. Bu hadisə bununla artıq 2-ci dəfədir baş verir.

Qaradağ rayon Polis İdarəsində araşdırma gedir, araşdırmanın nəticələri məlum olduqdan sonra hüquqi qiymət veriləcək. Çünki bizim əməkdaşlar orda xəsarət alıblar. Müraciət etmişik, izahatlar alınıb. Yəqin ki, istintaqın nəticəsindən sonra hüquqi qiymət veriləcəkdir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri