Icma.az
close
up
RU
İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən 3 milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6 %-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri 2 milyard manat və yaxud ümumi xərclərin 7,4 %- qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək: "Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıb. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır”.

Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see196

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see176

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see160

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see153

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see138

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see136

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see131

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see131

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see131

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see128

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see123

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see123

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri