Icma.az
close
up
RU
İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib

İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Fizioterapiya fiziki amillərdən istifadə etməklə tibbi müalicə və profilaktika metodudur. Bu müalicə metodu pasiyentlərin sağalma periodunun sürətləndirilməsinə və qısa müddətdə normal həyat tərzinə qayıtmasına yardım edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 77 sayda fizioterapiya və reabilitasiya xidməti daxildir. Elektroterapiya, maqnit, lazer, dalğa terapiyaları, vannalar, inhalyasiya, aerozol terapiyası, ultrabənövşəyi və infraqırmızı şüalarla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, reabilitasiya xidmətləri və digərləri icbari tibbi sığorta ilə qarşılanır.

Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib.

Fizioterapiya xidmətləri kurs müalicə şəklində icra edilir. Müalicənin müddəti diaqnozdan və xəstəliyin ağırlıq dərəcəsindən asılı olur. Bir kurs müalicə 8-10, 10-12, bəzi hallarda isə 14-20 günlük dövrü əhatə edir. Müalicə müddəti də individual yanaşma əsasında təyin olunur. İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Belə ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşıb, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər. Qeyd edək ki, qazilərə icbari tibbi sığorta ilə göstərilən fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq edilmir və onlar bu tibbi prosedurlardan növbəsiz şəkildə yararlana bilərlər.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında icra olunur.

Qeyd edək ki, fizioterapiyada ən geniş istifadə edilən müalicə metodlarına elektroforez və fonoforezi misal göstərmək olar. Pasiyentin diaqnozu və patoloji prosesin lokalizasiyasından asılı olaraq dərman preparatları orqanizmin lazımi sahəsinin dəri və dərialtı toxumalarına, selikli qişalarına ultrasəs, elektrik cərəyanı ilə ötürülür.

Fizioterapiya təyin olunan zaman xəstənin diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, ümumi vəziyyəti, yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri, fiziki və psixi xüsusiyyətləri, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s. nəzərə alınır. Müalicə üsulları seçimi ixtisaslı həkim tərəfindən pasiyentin diaqnozu və sadalanan amillər əsasında individual yanaşma ilə təyin edilir. Fizioterapiya təyinatına hipertoniya, istənilən lokalizasiyalı və etiologiyalı şişlər, epilepsiya tutmaları, pasiyentdə kardiostimulyatorun olması, qanaxma, qan xəstəlikləri, kaxeksiya və s. kimi ümumi əks-göstərişlər mövcuddur.

Fizioterapiya müalicə müddətinin qısaldılmasına, müalicə imkanlarının genişləndirilməsinə, dərman maddələrinin effektivliyini yüksəltməyə kömək edir. Sözügedən müalicə metodu bir çox xəstəliklərdə tətbiq olunur. Məsələn, nevroloji, travmatoloji, revmatoloji, burun, qulaq, boğaz, ağciyər, sinir-əzələ xəstəlikləri, osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik, sümük-dayaq sisteminin digər xəstəlikləri və s.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri