Səhiyyə sahəsində dövlət proqramları və tədbirlər icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İcbari tibbi sığorta fondunun vəsaitləri siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə də sərf olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla əlaqədar “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlara da müvafiq dəyişiklik edilir.
Qeyd edilən dövlət proqramları və tədbirlər artıq dövlət büdcəsinin vəsaiti deyil, icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, icbari tibbi sığorta fondunda icbari tibbi sığortanın maliyyə mənbələri cəmləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















