Icma.az
close
up
RU
İçdiyiniz suyun keyfiyyətini ev şəraitində yoxlayın 7 sadə test

İçdiyiniz suyun keyfiyyətini ev şəraitində yoxlayın 7 sadə test

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müxtəlif reytinqlərə əsasən ən təmiz su kəmərini Şimali Avropa ölkələrində tapmaq olar, Danimarka və Finlandiya bu göstərici üzrə liderlik edir.

Eyni zamanda başqa bir məlumata görə, planetdə 2 milyarddan çox adam çirklənmiş suyu içməli su kimi istifadə edir. Təəssüf ki, bu fakt sadəcə üçüncü dünya ölkələrinin sakinlərinə aid deyil.

Publika.az oxucuları ev şəraitində suyun keyfiyyətini yoxlaya biləcəyi testlərlə tanış edib.

Suyun tərkibini nə üçün yoxlayaq?

İnsan hər gün su istifadə edir. Onunla orqanizmə təkcə faydalı deyil, həm də təhlükəli maddələr daxil ola bilər. Su universal həlledicidir, odur ki, adətən kimyəvi cəhətdən saf formada olmur. Bakteriyalarla və viruslarla birlikdə su, həmçinin xeyli sayda müxtəlif qatqı maddələrini özündə ehtiva edə bilər. Bütün bunlar suyun qoxusu, rəngi, şəffaflığı və dadına təsir edir. Hətta bu sadə əlamətlərə görə onun keyfiyyətini müəyyən etmək olar.

Bir çox xəstəliklərin yaranma səbəbinin 70-80% -i çirklənmiş sudur, 30%-i isə qocalma prosesini sürətləndirir. Odur ki, suyun keyfiyyətini yoxlamaq çox vacibdir. Əgər laboratoriyaya gedib analiz üçün su verməyə imkanı yoxdursa, bunu ev şəraitində ilkin sınaqdan keçirmək olar.

1. Saxlama

Bu test kənar maddələrin olduğunu müəyyənləşdirməyə imkan verir. Suyu təmiz şəffaf şüşə butulkaya tökün, qapağı örtün və qaranlıq yerdə saxlayın. Əgər bir neçə gündən sonra heç olmasa şübhəli əlamətlərdən birini müşahidə etsəniz (xılt, səthdə nazik təbəqə), demək ki, suyun keyfiyyəti ürəkaçan deyil: onda çox sayda suda metal duzlar var.

2. Qaynama

Bu təcrübə suda yüksək konsentrasiyada duzların olub-olmadığını müəyyən etməyə icazə verir, bir qabda su qaynadın, sonra onu alçaq odda 12 dəqiqə saxlayın. Bundan sonra 20 dəqiqə daha gözləyin ki, su soyusun və sonra onu boşaldın. Qazanın divarlarında əhəngli çöküntülərin mövcudluğu yaxşı göstərici deyil. Əgər əhəngin rəngi bozdursa, deməli, kalsiumun konsentrasiyası ilə, qəhvəyi və ya sarıdırsa, demək ki, dəmirlə örtülüb.

3. Marqansla test

Adi manqans məhlulu müəyyənləşdirməyə imkan verir ki, su içmək üçün yararlıdır, ya yox. Bir stəkan suya bir qədər marqans əlavə edin və reaksiyanı qiymətləndirin. Su açıq-çəhrayı olmalıdır. Əgər həmin su sarı rəng alırsa, keyfiyyətsizdir, onu içmək olmaz. Üzvi maddələr dağılan zaman manqan məhlulu solğunlaşır.

4. Çay dəmləmək

Çay müxtəlif sularda müxtəlif cür dəmlənir, hətta keyfiyyəti yaxşı olsa da. Çayın şəffaflığına xüsusi diqqət yetirmək lazımdır. Təzə dəmlənmiş çaya 40-50 ml qaynamamış su tökün. Əgər çayın tərkibi daha yüngül bir kölgə əldə edərsə, suyun keyfiyyəti münasib qəbul edilə bilər.

Əgər çayın rəngi bulanıbsa, onu içmək olmaz: Onda aşırı miqdarda duz, üzvi və zərərli maddələr ola bilər.

5. Çəki

Hesab edilir ki, yaxşı keyfiyyətli su daha yüngüldür. Mətbəx çəkisinin köməyi ilə 2 nümunə çəkmək olar. İki nümunəni eyni qabda sınaqdan keçirin.

6. Güzgü ilə sınaq

Kənar maddələrin olduğunu müəyyənləşdirmək üçün təmiz güzgünün səthinə bir damcı su axıdın. Maye buxarlanıb quruyana qədər gözləyin və daha sonra hər ikisini müqayisə edin. Əgər güzgüdə iz qalıbsa, deməli, suda kənar maddələr var. Yaxşı keyfiyyətli su buxarlandıqdan sonra iz buraxmır.

7. Maye sabun

Bu üsul suyun sərtliyini yoxlamağa imkan verir. Suya az miqdarda sabun əlavə edin. Əgər su yumşaqdırsa, o sürətlə əriyəcək və böyük miqdarda köpük yaranacaq. Su sərtdirsə, tamamilə əksi baş verəcək. Yağ turşuları kalsium və maqneziumdan yaranır, suda olan möhkəm birləşmələri sabunu köpüklənməyə qoymur.

Qeyd edək ki, bir insan həyatı ərzində təxminən 35 ton su içir. Buna görə də onun keyfiyyətini yoxlamaq vacibdir. Xüsusilə ətrafdan gələn müxtəlif kimyəvi maddələrin 80 faizinin mütləq su mənbələrinə düşdüyü nəzərə alsaq, daşıdığı metalların müxtəlif xəstəliklərə səbəb olduğu istisna deyil.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri