“İçerde” tandemi qayıdır?
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş rollarında Çağatay Ulusoy və Demet Özdemirin yer aldığı “Eşref Rüya” serialı yeni mövsümə səs-küylü transferlə başlaya bilər.
“Qafqazinfo” xəbər verir ki, tanınmış aktyor Aras Bulut İynemlinin seriala qoşulacağı bildirilir. İddialara əsasən, o, “Eşref Rüya”ya yetimlərin xaricdəki lideri obrazı ilə daxil olacaq.
Arasın hazırda baş rolunu canlandırdığı “Deha” serialının final etməsi onun sözügedən seriala keçidi ilə bağlı söz-söhbətləri daha da gücləndirib.
Tamaşaçılar Aras və Çağatayı uzun illərdən sonra eyni layihədə birlikdə görmək istəyir. Bu iki ulduz sonuncu dəfə 2016-cı ildə yayımlanan və böyük uğur qazanan “İçerde” serialında bir araya gəlmişdilər.
Bu məlumat hələlik rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə sürətlə yayılan iddialar seriala marağı artırıb.
Qeyd edək ki, “Eşref Rüya” Türkiyə ilə yanaşı, Azərbaycanda da maraqla izlənilir. Lakin serial reytinqlərdə istənilən nəticəni göstərə bilmədiyi üçün yeni mövsümdə heyətdə dəyişikliklər olacağı gözlənilir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















