Icma.az
close
up
RU
Pekin Moskva tandemi dünyanı qorxuya salır

Pekin Moskva tandemi dünyanı qorxuya salır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Çin və Rusiya liderləri - Si Cinpin və Vladimir Putin dünyada elə bir hava yaratmağa çalışırlar, guya İkinci Dünya Müharibəsinin şəriksiz qalibləridir.

Almaniyanın Bild nəşri buni "tarixi saxtalaşdırmaq" cəhdi kimi qiymətləndirib. Əslində burda da qəribə bir şey yoxdur. Tarixi saxtalaşdırmaq diktatura və totalitar rejimlərin vazkeçilməz xüsusiyyətidir.

Vladimir Putin bu yaxınlarda Alyaskada ABŞ prezidenti Donald Trampla birlikdə keçirdiyi mətbuat konfransında Lend-Liz-i xatırlatdı və Faşist Almaniyasına qarşı müharibədə Sovet İttifaqına ABŞ-ın yardımını çatdırmış Amerikalı təyyarəçilərə təşəkkür etdi. Amma Çinə gələn kimi bunları da unutdu və Moskva ilə özündən sonra Pekini tarixi qələbədə daha çox haqqı olan ikinci ölkə kimi önə çıxarmağa çalışdı. Halbuki Amerika və Böyük Britaniya olmasaydı, Sovet İttifaqının qələbəsi çox çətin, itkiləri daha da böyük olacaqdı. Hətta müharibə daha da uzanacaqdı və kim bilir, bəlkə Almaniya vaxt qazanıb toparlanacaqdı. Bu ehtimal da vardı. Ona görə də Almaniya mediası Moskva-Pekin tandeminin bu davranışından qıcıqlanır.

Bu arada qıcıqlanan təkcə almanlar deyil; İkinci Dünya Müharibəsində Sovet İttifaqının əsas müttəfiqi ABŞ da bundan xoşhal olmayıb. Prezident Donald Tramp Amerika hərbçilərinin Çinin azadlığı uğrunda canından keçdiyini xatırlatmaqla: "Bir az ağır olun, tarixi unutmayın" mesajını verib.

Amma Qərbi narahat edən təkcə tarixin göz öbündə bu cür saxtalaşdırılması da deyil; Bild-in yazdığı kimi, Moskva faşizm üzərində "şəriksiz" qalibiyyətin özü üçün başqa ölkələri işğal etmə haqqı kimi görür. Alman nəşri Çinin də Moskva ilə həmrəy olduğunu önə çəkir və tənqid edir. Bu köhnə-yeni militarist, ekspansionist ideoloji doktrina təkcə Avropanı deyil, bütün dünyanı təhdid edir. Xüsusilə Çin artıq hərbi-strateji mənada öz sərhədlərini aşmağa qərar verib. Çin üzrə məşhur ekspertlərin də izlədiyi və təsbit etdiyi bu yeni paradiqma dünyanı çox narahat edir. Pekindəki parad Çinin bu yeni yanaşmasının ən bariz göstəricisi və nümayişidir.

Seyid Əhmədli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri