Icma.az
close
up
RU
Paris Berlin tandemi sınaq qarşısında

Paris Berlin tandemi sınaq qarşısında

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2027-ci il prezident seçkilərinin Fransa üçün geosiyasi gözləntiləri

Fransada 2027-ci il prezident seçkilərinə hazırlıq prosesi ölkənin daxili siyasi gündəmini aşaraq Avropanın gələcək siyasi və iqtisadi arxitekturası ilə bağlı müzakirələrin mərkəzinə çevrilib. Avropa İttifaqının (Aİ) qarşılaşdığı geosiyasi sarsıntılar, Rusiya-Ukrayna müharibəsinin yaratdığı real təhlükə, ABŞ-ın dəyişən siyasi kursu, Çinlə rəqabətin dərinləşməsi və iqtisadi durğunluq fonunda Fransada prezident seçkilərinin nəticəsi “Qoca qitə” üçün strateji əhəmiyyət daşıyır. Ona görə də ölkənin siyasi səhnəsində baş verən dəyişikliklər Berlində, Brüsseldə və digər paytaxtlarda diqqətlə izlənilir.

Hazırkı mərhələdə diqqətçəkən məqamlardan biri radikal sol siyasətçi Jan-Lük Melenşonun yenidən siyasi gündəmin ön sıralarına yüksəlməsidir. Uzun illər Fransa siyasətində sistemə qarşı çıxan, neoliberal iqtisadiyyatı sərt şəkildə tənqid edən və Aİ-nin mövcud idarəçilik modelinə alternativ təklif edən Melenşon artıq hakimiyyətə real iddiaçı kimi qiymətləndirilir. Sorğular onun ikinci tur uğrunda əsas mübarizə aparan namizədlərdən birinə çevriləcəyini göstərir.

Son on ildə Fransada ənənəvi siyasi mərkəzin zəifləməsi, sosial bərabərsizliklə bağlı narazılıqların artması, həyat səviyyəsinin yüksəlməməsi və Avropa inteqrasiyasının gündəlik problemlərə cavab vermədiyi barədə təsəvvürlərin güclənməsi radikal qüvvələrin mövqeyini möhkəmləndirib. Bir tərəfdə ifrat sağçı Marin Le Pen, digər tərəfdə isə radikal solçu Melenşon mövcud sistemdən narazı olan seçicilərin diqqətini cəlb etməyə çalışırlar. Yəni Fransa seçicisinin aydınlaşdırmağa çalışdığı əsas məqamlardan biri ölkənin Avropadakı rolunun necə müəyyənləşdirilməsidir. Emmanuel Makronun hakimiyyəti dövründə Fransa Aİ-nin siyasi inteqrasiyasının dərinləşdirilməsi, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Almaniya ilə strateji tərəfdaşlığın qorunması xəttini davam etdirib. Bununla belə, son illər həm daxildə, həm də Avropa səviyyəsində bu siyasətin nəticələri ilə bağlı ciddi suallar yaranıb.

Melenşon hesab edir ki, Aİ faktiki olaraq Almaniyanın iqtisadi və siyasi prioritetləri əsasında formalaşıb. Onun fikrincə, Brüssel tərəfindən qəbul edilən bir çox qərarlar üzv dövlətlər arasında balans yaratmaq əvəzinə Almaniyanın maraqlarına xidmət edib. Bu arqument son illər Fransada müəyyən auditoriya tərəfindən daha çox qəbul edilməyə başlayıb. Bir məqam da var ki, Melenşonun Almaniyaya münasibəti klassik avroskeptik mövqedən xeyli fərqlənir. Marin Le Pen Aİ-ni daha çox milli suverenliyin məhdudlaşdırılması baxımından tənqid etdiyi halda, Melenşon problemi iqtisadi modeldə görür. Onun fikrincə, Avropada hökm sürən iqtisadi qaydalar sosial dövlət prinsiplərini zəiflədir, əmək bazarını sərtləşdirir və dövlətin iqtisadi proseslərə müdaxilə imkanlarını məhdudlaşdırır. Sözügedən modelin əsas təşəbbüskarının Almaniya olduğunu düşünən siyasətçi Avropanın fərqli iqtisadi kursa ehtiyac duyduğunu iddia edir.

ARAYIŞ: 2015-ci ildə nəşr etdirdiyi “Bismarkın siyənəyi” adlı kitabında Melenşon Almaniyanın iqtisadi modelini sərt tənqid etmişdi. Müəllifin əsas arqumenti ondan ibarət idi ki, Avropa İttifaqı tədricən Almaniyanın iqtisadi fəlsəfəsinin təsiri altına düşüb. Onun fikrincə, büdcə intizamı, sərt qənaət siyasəti, aşağı dövlət xərcləri və əmək bazarının liberallaşdırılması kimi prinsiplər bütün Avropa üçün universal model kimi təqdim edilir. Kitabda Almaniyanın iqtisadi uğur hekayəsinin şişirdildiyi də iddia olunur. Melenşon, həmçinin Almaniyanın Aİ-də artan siyasi nüfuzunu tənqid edir. Onun fikrincə, xüsusilə avrozonadakı borc böhranı dövründə Berlin öz iqtisadi baxışlarını digər üzv dövlətlərə qəbul etdirməyə çalışıb. Kitabın alt başlığında yer alan “Alman zəhəri” ifadəsi məhz bu məna daşıyır. Melenşon Almaniyanın Avropaya ixrac etdiyini düşündüyü iqtisadi modeli “zəhər” adlandırır.

Melanşonun xarici siyasət baxışları Berlində ciddi narahatlıq yaradır. Fransa və Almaniya uzun illərdir ki, Avropa inteqrasiyasının əsas hərəkətverici qüvvəsi hesab olunur. Avropa Kömür və Polad Birliyindən başlayaraq vahid bazarın, vahid valyutanın və bir çox strateji təşəbbüslərin formalaşmasında məhz Paris və Berlin arasında əldə edilən kompromislər həlledici rol oynayıb. Bu baxımdan Melenşonun Fransa-Almaniya tandemini yenidən nəzərdən keçirmək niyyəti bütövlükdə Aİ-nin qərarvermə mexanizminə təsir göstərə bilər. Almaniya siyasətçilərinin narahatlığı da məhz buradan qaynaqlanır. O da nəzərə alınmalıdır ki, son illər Paris və Berlin arasında fikir ayrılıqları artıq nəzərəçarpacaq dərəcədə artıb. Mercosur ticarət sazişi ətrafında yaranan mübahisələr bunun bariz nümunələrindən biridir. Eyni vəziyyət müdafiə sənayesi sahəsində də müşahidə olunur. Avropanın gələcək döyüş təyyarəsinin hazırlanması layihəsində tərəflər arasında yaranan fikir ayrılıqları uzun müddətdir davam edir. Hər iki ölkə Avropanın strateji muxtariyyətini dəstəklədiyini bəyan etsə də, bunun necə həyata keçirilməsi məsələsində ortaq mövqe formalaşdırmaq çətinləşir.

Fransa parlamentinin mərkəzçi deputatı Frederik Peti seçkilərin nəticəsindən asılı olmayaraq Fransa-Almaniya münasibətlərinin tamamilə dağılacağı ehtimalını real hesab etmir. Onun fikrincə, onilliklər ərzində formalaşmış siyasi və ictimai əlaqələr bir prezidentin qərarları ilə qısa müddətdə ləğv edilə bilməz: “Bu arqument müəyyən mənada əsaslı görünür. Tarix göstərir ki, Paris və Berlin arasında fikir ayrılıqları ilk dəfə yaşanmır. İraq müharibəsi, avrozonadakı maliyyə böhranı, enerji siyasəti və müdafiə məsələləri üzrə müxtəlif dövrlərdə ciddi ziddiyyətlər mövcud olub. Lakin bütün bunlara baxmayaraq, tərəflər əməkdaşlıq mexanizmlərini qoruyub saxlaya biliblər. Yəni Melenşonun prezidentliyi sadəcə əvvəlki dövrlərdən fərqli sınaq yarada bilər”.

Görünür, Fransada seçkiöncəsi vəziyyətin mürəkkəbliyi məhz bundan ibarətdir. Seçicilər, eyni zamanda, Fransanın Avropadakı mövqeyi, Almaniya ilə münasibətlərin gələcəyi və ölkənin beynəlxalq sistemdə tutacağı yer barədə seçim edəcəklər. Hazırda seçki kampaniyasının əsas xətti də eyni mövzular ətrafında formalaşır. İqtisadi çətinliklər, sosial ədalət, miqrasiya və təhlükəsizlik məsələləri seçki gündəmini müəyyənləşdirsə də, onların hamısı nəticə etibarilə Fransanın hansı siyasi modelə üstünlük verməsi sualına bağlanır.

***

Fransada hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, Azərbaycan Parislə münasibətlərinin qarşılıqlı maraqlara əsaslanaraq inkişaf edəcəyinə ümidlidir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və konstruktiv dialoq prinsiplərinin əsas götürülməsinin tərəfdarıdır. Ona görə də 2027-ci il seçkiləri Fransanın tərəfdaşları ilə münasibətlərinin gələcək istiqamətlərini müəyyənləşdirəcək mühüm siyasi mərhələ kimi yadda qala bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri