İçərişəhərdə ilk dəfə genişmiqyaslı siyahıyaalma aparılır
Icma.az bildirir, Azpost portalına istinadən.
İçərişəhərdə ilk dəfə olaraq əhalinin genişmiqyaslı statistik uçotu aparılır.
Əsas məqsəd burada yaşayan insanların sayını, yaşayış şəraitini və ehtiyaclarını müəyyənləşdirməkdir.
Sakinlərin İctimai TV-yə dediklərinə görə, onlardan ad, soyad, ata adı, həmçinin yaşadıqları evlərlə bağlı məlumatlar toplanır.
Siyahıyaalma prosesində 40-a yaxın könüllü iştirak edir.
“Qoru” Gənclər Təşəbbüs Qrupunun üzvü Ələddin Quliyev bildirib ki, prosesin əsas məqsədi əhalinin yenidən qeydiyyata alınmasıdır.
“Proses zamanı insanlara onlayn anket üzrə müəyyən suallar verilir və onların cavabları əsasında uçot aparılır”, – deyə o qeyd edib.
Aparılan statistik uçot çərçivəsində artıq 241 ailə üzrə 762 nəfərin məlumatları toplanılıb.
Proses mərhələli şəkildə həyata keçirilir və əldə olunan məlumatlar rəqəmsallaşdırılır.
https://www.youtube.com/watch?v=dkwBBSgwe2U
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 31 May 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















