“İçərişəhər”də maşını sürətlə sürən şəxsin əraziyə girişi qadağan edildi
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə yayılan, “İçərişəhər” ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülüb.
Bu barədə Gununsesi.info-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
“İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirmək istəyirik ki, ərazidə piyadaların, xüsusən də uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək. Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür hallarla rastlaşdıqda aidiyyəti qurumlara və ya rəsmi səhifələrimizə məlumat versinlər”, – İdarədən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















