Icma.az
close
up
RU
İçərişəhərdə Mərakeş mədəniyyəti təqdimatı

İçərişəhərdə Mərakeş mədəniyyəti təqdimatı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda “Mərakeş günləri” çərçivəsində təqdimatlar keçirildi.

Mərakeşin zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə tanıdılması məqsədilə təşkil olunan tədbir çərçivəsində müxtəlif mədəni proqramlar təqdim edildi. Tədbir Azərbaycan və Mərakeş xalqları arasında mədəni əlaqələrin daha da inkişafına, xalqların bir-birinin tarixi və mənəvi dəyərləri ilə yaxından tanış olmasına imkan yaradır.

“Körpülər” İncəsənət və Yaradıcılıq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirin proqramı bir neçə istiqaməti əhatə edir. İlk gün iştirakçılara moda nümayişi, Mərakeş mətbəxinin nümunələri, fotoqrafiya və musiqi təqdim olundu. “Mərakeş günləri”nin davamında isə ziyarətçilər ölkənin zəngin əl işləri, ənənəvi tikmə sənəti və musiqi mədəniyyəti ilə tanış olacaqlar.

Tədbir çərçivəsində Mərakeş nümayəndələri ilə həmsöhbət olub, onların ölkələrinin zəngin mədəni irsi, Azərbaycan–Mərakeş əlaqələri və tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini öyrəndik.

Məhəmməd Adil EMBARŞ,
Mərakeşin Azərbaycandakı səfiri:

– Biz Mərakeşdə fəaliyyət göstərən “Körpülər” İncəsənət və Yaradıcılıq Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində bu tədbiri təşkil etməkdən çox məmnunuq. Mərakeş mədəniyyətindən danışarkən çoxəsrlik irsdən bəhs edirik. Ölkəmizin 14 əsrlik tarixi var və Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi ilə mədəni irsin qorunması, təbliği həyatımızın mühüm tərkib hissəsinə çevrilib.

Bu təqdimatlar mədəniyyət, incəsənət və mədəni irs mübadiləsinə həsr olunub. Dünən moda nümayişi, qastronomiya, fotoqrafiya və musiqi ilə bağlı proqram təşkil etdik. Bu gün isə əl işləri və musiqi ilə tədbirimizi davam etdiririk. Biz Azərbaycan vətəndaşlarının Mərakeşə səfər etməsi üçün viza rejiminin ləğv edilməsi haqqında saziş imzalamışıq. Göstəricilər artır və Mərakeşə səfər etməyə maraq göstərən azərbaycanlıların sayı günbəgün çoxalır.

Burada Mərakeş mədəniyyətinin bəşəri nümunələri təqdim olunur. Gördüyünüz kimi, çox sayda insan bu çıxışlardan zövq alır. Sabah həftəsonu olduğundan ümid edirik ki, daha çox insan tədbirə gələcək və bu gözəl proqramdan zövq alacaq.

Samirə əl-Məlik,
xarici qonaq:

– Ənənəvi toxuculuq və tikmə sənəti ilə məşğul olan qadın kooperativinə rəhbərlik edirəm. Kooperativimizdə fəaliyyət göstərən qadınlar Mərakeşin qədim və zəngin sənətkarlıq ənənələrini yaşadır, öz əl işləri ilə bu mədəni irsi gələcək nəsillərə ötürürlər.

Hazırladığımız hər bir məhsulda Mərakeş mədəniyyətinin özünəməxsus rəngləri, naxışları və milli ənənələri əks olunur. Bizim üçün bu fəaliyyət yalnız əl işi hazırlamaq deyil, həm də əsrlər boyu formalaşmış ənənələri qorumaq və onları dünyaya tanıtmaqdır.

Şərif əl-Bəqalı,
xarici qonaq:

– Mərakeşdə dəri məmulatları kooperativlərindən birinin rəhbəriyəm.

Biz Mərakeş sənətkarlığını və ənənələrini əks etdirən, qadın və kişilərin əməyinin məhsulu olan müxtəlif dəri məmulatlarını təqdim edirik. Ənənəvi Mərakeş dəri məmulatlarında xüsusilə keçi dərisindən geniş istifadə olunur. Bu dəri incə, elastik və davamlı olması ilə seçilir. Mərakeş dəri sənətinin diqqətçəkən tərəflərindən biri rəngarənglikdir. Fəsdə qədim dabbaqxanalar fəaliyyət göstərir. Dəri xammaldan hazır məhsula çevrilənədək bir neçə mərhələdən keçir və bu işdə ənənəvi üsullar hələ də qorunur. Mərakeşdə dəri sənətkarlığı, sadəcə, kommersiya sahəsi kimi təqdim olunmur. Fəs və digər qədim şəhərlərdə bu sənət şəhərin tarixi sənətkarlıq sisteminin bir hissəsidir. Yəni dəri məmulatı alanda, müəyyən mənada, həmin şəhərin sənətkarlıq ənənəsindən bir parça götürürsən. Hazırladığımız məhsulların böyük hissəsi əl əməyidir. Hər bir məmulatda Mərakeşin sənətkarlıq ənənələrinin izlərini görmək mümkündür.

Buraya gələn insanların məhsullarımıza böyük maraq göstərməsi və onları bəyənməsi bizi sevindirdi. Bu sərgi bizim üçün həm də yeni əlaqələr qurmaq baxımından yaxşı fürsətdir. Ümid edirik ki, burada tanış olduğumuz insanlar gələcəkdə Mərakeşə səfər edəcək, biz də onların ölkəsinə gedərək bu əlaqələri daha da inkişaf etdirəcəyik.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri