Icma.az
close
up
RU
İçərişəhərdə uşaqların COP29a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub

İçərişəhərdə uşaqların COP29a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 15-də Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet ilə söhbət” adlı eko-yaradıcılıq sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə hazırlanan sərginin əsas məqsədi, insanların təbiət qarşısında olan məsuliyyətini vurğulamaqdır.

Sərgidə 8-11 yaş arasındakı uşaqların yaratdığı əl işləri nümayiş olunur. Bu əsərlər vasitəsilə uşaqların təbiətə olan sevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləri özünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam” adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verən dəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqli formalarla təqdim edir.

Sərginin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, Milli Məclisin sədrinin müavini Musa Qasımlı,  Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək belə tədbirlərin uşaqların ekoloji şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Sərgi, ziyarətçiləri Şirvanşahlar Sarayının girişində yerləşən “Sülh Ağacı” installyasiyası ilə qarşılayır. Burada nümayiş olunan əsərlər, təbiətlə harmoniya içində yaşamağa və gələcək nəsillərə təmiz və yaşanabilir bir dünya buraxmağa dair dərin fəlsəfi düşüncələri təcəssüm etdirir.

Noyabrın 30-dək davam edəcək .“Planet ilə söhbət” sərgisi həm uşaqlar, həm də böyüklər üçün ekoloji məsuliyyətin vacibliyini xatırladaraq, təbiətə və planetimizə olan bağlılığı daha da möhkəmləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri