Icma.az
close
up
RU
İçərişəhərdə uşaqların COP29a həsr etdikləri “Planet ilə söhbət” sərgisinin açılışı olub FOTOLAR

İçərişəhərdə uşaqların COP29a həsr etdikləri “Planet ilə söhbət” sərgisinin açılışı olub FOTOLAR

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 15-də Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet ilə söhbət” adlı eko-yaradıcılıq sərgisi açılıb.

Manset.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə hazırlanan sərginin əsas məqsədi, insanların təbiət qarşısında olan məsuliyyətini vurğulamaqdır.

Sərgidə 8-11 yaş arasındakı uşaqların yaratdığı əl işləri nümayiş olunur. Bu əsərlər vasitəsilə uşaqların təbiətə olan sevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləri özünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam” adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verən dəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqli formalarla təqdim edir.

Sərginin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, Milli Məclisin sədrinin müavini Musa Qasımlı, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək belə tədbirlərin uşaqların ekoloji şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Sərgi, ziyarətçiləri Şirvanşahlar Sarayının girişində yerləşən “Sülh Ağacı” installyasiyası ilə qarşılayır. Burada nümayiş olunan əsərlər, təbiətlə harmoniya içində yaşamağa və gələcək nəsillərə təmiz və yaşanabilir bir dünya buraxmağa dair dərin fəlsəfi düşüncələri təcəssüm etdirir.

Noyabrın 30-dək davam edəcək. "Planet ilə söhbət” sərgisi həm uşaqlar, həm də böyüklər üçün ekoloji məsuliyyətin vacibliyini xatırladaraq, təbiətə və planetimizə olan bağlılığı daha da möhkəmləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 16 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri