Icma.az
close
up
RU
İcma əsaslı layihə ilə gələcək hazırlanır

İcma əsaslı layihə ilə gələcək hazırlanır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

3-4 yaşlı uşaqların yaradıcı və sosial bacarıqları üzə çıxarılır

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib ki, məktəbəhazırlıq qruplarının açılması üçün büdcədə vəsait nəzərdə tutulub. Nazir bildirib ki, 1-5 yaşında olan uşaq məktəbəqədərə getməlidir: "Ümumilikdə Azərbaycanda 600 minə yaxın uşaq üçün məktəbəqədər təhsilə 2,7 milyard manat lazımdır. Bunun gələn il qarşılanması qeyri-realdır. Dünyanın heç bir yerində belə sistem yoxdur. Heç bir ölkədə dövlət bütün uşaqların məktəbəqədər xərclərini ödəmir. Bu problemin həlli üçün alternativ modellər tətbiq edilir. İcma əsaslı məktəbəqədər ənənəvi məktəbəqədərdən ucuz başa gəlir”. Emin Əmrullayev qeyd edib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin vauçer əsaslı xərcləri qarşılanır: “Özəl sektora bu vauçerləri veririk. Valideynlər tərəfindən cüzi ödəmə edilməklə biz artıq 5000 uşağı məktəbəqədər təhsilə cəlb etmişik. Bu sayı 30 minə çatdırmağı hədəfləyirik. Son 5 il ərzində 100 minə qədər yeni məktəbəqədər yerlər açmışıq. Bu çox böyük rəqəmdir”.

İcma əsaslı məktəbəqədər təhsil nədir? Mütəxəssislər bildirir ki, bu, məktəbəqədər təhsilin valideynlə müəssisə arasında bölünməsidir. Açıq desək, özəl bağça və məktəbəqədər təhsil müəssisələridir ki, ödəniş əsasında uşaqlar cəlb olunur. Elm və təhsil naziri də bunu açıq söyləyib. İcma əsaslı məktəbəqədər təhsil layihəsi 2017-2018-ci tədris ilindən başlayaraq potensiallı uşaqlara istər məktəbəqədər təhsil müəssisələrinə, istər ibtidai təhsil müəssisələrinə dəstək formatlı hazırlıq qruplarının formalaşdırılması üçün hazırlanıb. Bu layihənin əsas məqsədlərindən biri məktəbəqədər təhsil müəssisələrində 3-4 yaşlı şagirdlərin biliyinin artırılması, inkişaf etdirilməsi istiqamətində atılan addımdır. Bu, həm də gələcəkdə həmin uşaqların ümumi təhsilinə təsir göstərməyə hesablanıb. "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi xüsusilə rayon məktəbəqədər təhsil müəssisələrində potensiallı uşaqların üzə çıxarılması istiqamətində məktəbəqədər və ibtidai təhsilə olan müəyyən dəstəkdir. Layihə biliyin mənimsənilməsi, gələcəkdə bacarıqlı uşaqların üzə çıxarılması istiqamətində göstərilən təhsil formasıdır. Burada uşaqlara dörd istiqamətdə məşğələlər keçirilir. Sosial, emosional inkişaf. Ümumi dərketmə qabiliyyətinin yoxlanılması. Yaradıcı qabiliyyətin üzə çıxarılması. Fiziki inkişafın təmin edilməsi. Bu qruplarda həm valideynlərin, həm məktəbəqədər təhsil müəssisəsinin, həm də icma qruplarının birgə fəaliyyəti əsas diqqət mərkəzində olur. Valideynlərin prosesə cəlb olunmasında məqsəd uşaqların müəyyən potensiallara malik olub-olmamasını yoxlamaq xarakteri daşıyır. Məsələn, uşağa araşdırma xarakterli tapşırıq veriləndə onun bunu araşdırmaq istiqamətində üz tutduğu yollara diqqət edilir. Məsələn, bir şəhid barəsində araşdırma aparılarkən, uşağın tanıdığı, haqqında məlumatlı olduğu şəhid varsa, onun yaxınlarına, yoxdursa, öz valideyninə müraciət edir. Nə isə öyrənmək üçün cəhd göstərirsə, bu, 3-4 yaşlı bir uşaq üçün böyük addım hesab olunur. Valideynlərlə birgə fəaliyyət məhz bu istiqamətdə ortaya çıxır. 2023-2024-cü tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 55 şəhər və rayonda təşkil edilib, 931 qrupda ümumi 16000 nəfər üç-dörd yaşlı uşağı əhatə edib. Məqsəd həm də ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılmasıdır. Məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması, məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin artırılması hədəflənir.

Məlahət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri