Icma.az
close
up
RU
İCMA və Marsol Group dan Şimali Kipr naziri ilə görüş FOTOLAR

İCMA və Marsol Group dan Şimali Kipr naziri ilə görüş FOTOLAR

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Group-un birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Hakan Dinçyürek ilə səhiyyə sektorunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə işgüzar görüş baş tutub.

AZXEBER.COM xəbər veirr ki, iyulun 2-də keçirilən "Axşam Ziyafəti" çərçivəsində təşkil olunan görüşdə səhiyyə sahəsində fəaliyyət göstərən İCMA üzvləri və sahibkarlar iştirak ediblər. Görüş zamanı Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri, özəl sektorun inkişafı, investisiya imkanları, tibbi xidmətlərin təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Hakan Dinçyürek səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Şimali Kipr arasında tibbi xidmətlər, səhiyyə idarəçiliyi, innovativ həllər və özəl sektor əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Nazir bu kimi işgüzar görüşlərin yeni tərəfdaşlıqların qurulmasına və qarşılıqlı təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Tədbirdə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək sahibkarlar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, xüsusilə səhiyyə sahəsində yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Şimali Kipr Türk Respublikasının parlamentində Ulusal Birlik Partiyasının Lefkoşa millət vəkili Ahmet Savaşan və Marsol Group-un Şimali Kipr nümayəndəsi İlhami Bilgen çıxış edərək səhiyyə sahəsində əməkdaşlığın inkişafı, ortaq layihələrin həyata keçirilməsi və sahibkarlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüş Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə, səhiyyə turizmi üzrə yeni tərəfdaşlıqların qurulmasına və özəl sektor nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib, sahibkarlarla birgə xatirə fotosu çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri