Icma.az
close
up
RU
İcmanın ikinci beynəlxalq konfransının rəsmi hissəsi baş tutub

İcmanın ikinci beynəlxalq konfransının rəsmi hissəsi baş tutub

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

5–6 Dekabr 2024-cü il tarixlərində Bakı Şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan 101 nəfər xarici qonaq konfransda iştirak edib.

Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları yer alıb.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub. Həmçinin tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur ki, onların əksəriyyəti rəhbər səviyyəsindədir.

İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla, konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfər təşkil edib.

Qərbi Azərbaycan İcması tərəfindən "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini" mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxışında bildirib ki, ötən il bu mövzuda ilk beynəlxalq konfransımızı keçirdik: "Bu ilki tədbirimiz auditoriyamızı daha da genişləndirərək və müzakirələrimizi dərinləşdirərək, qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində möhkəmləndirilməsi, ədalətin bərpası, təhlükəsiz və ləyaqətli qayıdışın təmin edilməsi məsələlərini əhatə edir. Qeyd edim ki, bu ilki konfransda təmsil olunan ölkələrin və iştirakçıların sayı ötən ilki konfransımıza nisbətən iki dəfə artmışdır. Demək olar ki, bütün qitələri təmsil edən 51 ölkədən 102 iştirakçı bu konfransa qatılmışdır.

Bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır.

Qərbi Azərbaycan İcması olaraq biz, öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə, 2022-ci ilin dekabr ayında bizim İcmamızı ziyarət etmiş cənab Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırmışdır. Cənab Prezidentin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir.

Biz, dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır. Belə acı nümunələrdən biri də Ermənistanın əməlləridir.

Ermənistanın öz ərazisindən azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarmış və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurmuşdur. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görmüşdür.

Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir.

Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik. İcmamızın ötən il qəbul etdiyi Qayıdış Konsepsiyası, beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağıran mühüm bir sənəddir. BMT, UNESCO, İslam Əməkdaşlığı Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarla qurulan dialoq çərçivəsində bu hüquqlarımızın müdafiəsini davam etdiririk.

Biz inanırıq ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür. Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır. Təəssüf ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bu məsələni çətinləşdirir. Buna baxmayaraq, biz sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq.

Bugünkü konfransın əsas mövzuları beynəlxalq hüquqda qayıdış hüququnun əsaslarının gücləndirilməsini, barışıq və sülh quruculuğunda ədalətin rolunun vurğulanmasını əhatə edir. Tədbir zamanı, həmçinin, qayıdış prosesində təhlükəsizlik təminatlarının yaradılması və mülkiyyət hüquqlarının bərpası kimi vacib məsələlərə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, mədəni irsimizin qorunması və bərpası üçün beynəlxalq dəstəyin təmin edilməsi, habelə insan hüquqlarına universal yanaşmanın təşviqi və ikili standartların aradan qaldırılması müzakirələrin mərkəzində durur.

Azərbaycan çoxmədəniyyətli və tolerant cəmiyyəti ilə tanınır, burada müxtəlif etnik və dini qruplar tarixən birgəyaşayış ənənələrini qoruyub saxlamışdır. Azərbaycanın multikultural dəyərləri və insan həmrəyliyi prinsipləri təkcə milli çərçivədə deyil, beynəlxalq səviyyədə də özünü göstərir. Azərbaycan dünyada qaçqın və məcburi köçkün nisbətinin ən yüksək olduğu ölkələrdən biri olsa da, humanitar dəyərlərindən geri çəkilməmiş, müxtəlif humanitar təşəbbüslərlə dünya miqyasında köçkünlük problemlərinin həllinə öz töhfəsini vermişdir. Qeyd edim ki, bizim İcmamız da bu proseslərdən kənarda qalmır – bu ilin əvvəlində üzvlərimizin ianəsi hesabına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına maliyyə töhfəsi etmişik.

Biz əminik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə təsbit edilmiş qayıdış hüququnun təmin edilməsi yalnız insan hüquqlarının qorunmasının əsas şərti deyil, həm də xalqlar arasında birgəyaşayışın təşviq edilməsi və köçkünlük probleminin davamlı həlli üçün ən effektiv yoldur. Ona görə biz maarifləndirmə, elmi tədqiqatların dəstəklənməsi, siyasi təşəbbüslər və bu kimi davamlı tədbirlər keçirilməklə qayıdış hüququnun təşviq edilməsi sahəsində səylərimizi davam etdirəcəyik.

Sonda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bizim qayıdış hüququmuza göstərdiyi diqqətə və dəstəyə görə bir daha dərin minnətdarlığımızı bildirirəm.

Ümid edirəm ki, bu tədbir beynəlxalq ictimaiyyət üçün qayıdış hüququ mövzusunda mühüm bir dialoq platformasına çevriləcək və qayıdış hüququnun təmin edilməsi istiqamətində yeni imkanlar yaradacaq. Hər birinizə uğurlu müzakirələr və səmərəli nəticələr arzulayıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri