Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

İçməli su ilə bağlı... ekspertdən SOS

İçməli su ilə bağlı... ekspertdən SOS

Icma.az, News24 saytına istinadən bildirir.

Ekspert: “Ən çirkli və yarasız suyu olan ölkələrdən sayılırıq”

Yale Universitetinin içməli suyun keyfiyyəti ilə bağlı açıqladığı EPI (Environmental Performance Index – Ətraf Mühitin Səmərəliliyi İndeksi) göstəricilərində nəticəmiz heç də ürəkaçan deyil. Musavat.com xəbər verir ki,  Yale Universitetinin hazırladığı qlobal səviyyədə ölkələrin ətraf mühit sahəsindəki vəziyyətini qiymətləndirən mühüm bir hesabatdır. İçməli suyun keyfiyyəti üzrə Azərbaycanın 100 mümkün baldan cəmi 46,5 bal toplaması, ölkədə su ehtiyatlarının idarə olunması, təmizləmə infrastrukturu və monitorinq sistemləri ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Ümumiyyətlə, uzun illərdir ki, ekspertlər su ilə bağlı problemləri diqqətə çatdırarkən bildirirlər ki, bəzi bölgələrdə suyun mənbədən təmizlənmədən verilməsi və ya köhnəlmiş infrastruktur problem olaraq qalır. Su nümunələrinin mütəmadi və dəqiq analiz edilməməsi, real vəziyyətin tam əks etdirilməməsinə səbəb olur. Bəzi hallarda çay və su hövzələrinə sənaye və ya kənd təsərrüfatı tullantılarının axıdılması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır. Bu nəticə həm də ictimai səhiyyə baxımından təhlükəlidir, çünki keyfiyyətsiz içməli su müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Musavat.com-a deyib ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur:  “PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır. Bu səbəbdən də Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür. Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. 2023-cü ildə də Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.

Ev şəraitində bəzən  pambıqdan süzməklə suyu təmizlədiklərini düşünürlər, amma bu zaman  suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, yəni effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur. Bəs nə etməli?  Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, heç olmasa bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur”.

Həkimlər isə bildirir ki, keyfiyyətsiz və ya tam təmizlənməmiş içməli su dizenteriya, vəba, tif, hepatit A kimi su vasitəsilə keçən xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu cür xəstəliklər xüsusilə uşaqlar və yaşlılar üçün daha təhlükəlidir. Suyun tərkibində ağır metallar (məsələn, qurğuşun, arsen), pestisidlər və sənaye tullantıları varsa, bu maddələr zamanla orqanizmdə toplanaraq böyrək, qaraciyər xəstəlikləri, xərçəng, hormonal pozğunluqlar və inkişaf gerilikləri yarada bilər. Eyni zamanda, keyfiyyətsiz su istifadə edən ərazilərdə yaşayan insanların immun sistemi daha tez zəifləyir, çünki orqanizm daim mikroorqanizmlərlə mübarizə aparmalı olur. Bu isə allergiyalara, dəri problemlərinə və tez-tez xəstələnməyə yol açır.

Xüsusən də, uşaqların orqanizmi daha həssas olduğu üçün keyfiyyətsiz su onların fiziki və zehni inkişafını ləngidə bilər. Bu, həm sağlamlığa, həm də gələcəkdə ölkənin insan kapitalına mənfi təsir göstərir. Daimi su problemi və onun keyfiyyətsizliyi insanların gündəlik həyatına narahatlıq gətirir, stress və sosial narazılıq yaradır. Bu da dolayısı ilə psixoloji sağlamlığa təsir göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri