Icma.az
close
up
RU
İcra başçısı 2 sot torpaq sahəsi verdi, illərdir sənəd ala bilmir

İcra başçısı 2 sot torpaq sahəsi verdi, illərdir sənəd ala bilmir

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Qazi Coşqun Məmmədli: “2021-ci ildən bu günə kimi deyir ki, yaxın vaxtlarda sənə torpaq verəcəm”

Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Məmmədli Coşqun Baris oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Məmmədli Coşqun Baris oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, İkinci Qarabağ Müharibəsinin  iştirakçısıyam. Fizuli döyüşlərində ağır yaralanmışam.  Hazırda bədənimdə qəlpələrlə yaşayıram. Cənab Ali baş komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı, “Fizulinin azad olunması medalı” ilə təltif olunmuşam.

Tovuz rayonunun icra başçısı Məmməd Cahangir oğlu Məmmədovdan xahiş etdim ki, mənə 2 sot torpaq versin. Bildirdi ki, get, hardan istəyirsən torpaq yeri seç, həmin sahəni “setka” ilə bağla.

İndi həmin torpaq sahəsinə sənəd vermirlər. 2021-ci ildən bu günə kimi deyir ki, yaxın vaxtlarda sənə torpaq verəcəm. Hər dəfə başçının özünün, müavinlərinin qəbuluna gedəndə eyni sözləri eşidirəm. Kənd bələdiyyəsinin də qəbulunda olmuşam. Lakin  oda kömək etmir.

Mənə 2 sot sənədli torpaq versələr, özüm üçün orada nəsə tikərdim.

Sizin sayt vasitəsilə aidiyyəti qurumların rəhbərlərindən xahiş edirəm ki, mənə 2 sot torpaq verilməsi üçün köməklik göstərilsin. Mənə sənəd vermədikləri ərazidə obyektlər tikirlər. Mənə isə sənəd verilmir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri