İcra başçısı rayon ağsaqqalları ilə görüşdü Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Dünən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayon ağsaqqalları ilə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, qəsəbələrdə mövcud problemlər, yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işləri və sakinləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri vətəndaşların rifahının yüksəldilməsi və yaşayış məntəqələrinin hərtərəfli inkişafıdır. Bu istiqamətdə Kürdəmir rayonunda da ardıcıl tədbirlər həyata keçirilir.
Elşən Həsənli həmçinin ağsaqqalların cəmiyyətimizdəki nüfuzundan, milli-mənəvi dəyərlərimizin qorunmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və ictimai həmrəyliyin möhkəmləndirilməsindəki mühüm rolundan danışıb.
Görüşdə çıxış edən ağsaqqallar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə daim dəstək verdiklərini ifadə edərək, ölkəmizdə sabitliyin, inkişafın və xalq-iqtidar birliyinin qorunmasının əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin yaşadıqları qəsəbələrdə mövcud problemləri və təkliflərini diqqətə çatdırıblar.
Baxış sayı:87
Bu xəbər 04 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















