Icma.az
close
up
RU
Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Icma.az, Azertag saytına istinadən bildirir.

Qax, 4 noyabr, AZƏRTAC

Qaxın İçəribazar məhəlləsi keçmişdə olduğu kimi bu gün də insanların ən çox üz tutduğu, müraciət etdiyi məkanlardan biridir. Bu qədim tarixi məhəllədə sənətkarların emalatxanaları, sərgi zalları fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onların sırasında 44 günlük Vətən Müharibəsinin şəhid-kapitanı Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunovanın da çalışdığı bir məkan-qalereya var. Özünün də dediyi kimi, bura onun sönmüş ocağının yenidən işıqlandığı məkandır.

Artıq bir neçə aydır ki, Məryəm səhər tezdən bu məkana gəlir, qapını açan kimi ilk işi isə onu yenidən həyata bağlayan və öz əlləri ilə hazırladığı şamları alışdırmaq olur.

“Fəriddən sonra çox çətin idi. Demək olar ki, həyatım alt-üst olmuşdu. İki balamı bəzən unudurdum. Şükürlər olsun ki, özümü cəmləyə bildim. Burada olanlar da öz düşüncəmin məhsuludur. Fəriddən sonra ocağımızın söndüyünü düşünürdüm. O ocağa bir işıq, istilik, bir çıraq olsun deyə, belə şamlar hazırlamaqla məşğul olmağa başladım. Bu 6 il ərzində mənə mənəvi rahatlığı verən bir iş oldu” - deyə bizimlə söhbətə başlayan Məryəm ətrafı səliqə-sahmana salır, eyni zamanda, bizi məlumatlandırmağa çalışırdı.

İçəribazardakı emalatxana Məryəm evindən sonra ən çox vaxt keçirdiyi, rahatlıq tapdığı bir məkan olub. O, burada öz dünyasını yaşayır, yaradıcılığını inkişaf etdirir, yeni əl işləri hazırlayır. Özü haqda danışmağı sevməsə də, şəhid həyat yoldaşı fikirlərini bölüşür: “Fərid hərbçi olsa da, futbol həvəskarı idı və Türkiyənin “Qalatasaray” komandasına azrkeşlik edirdi. Döyüşlərdən birində yaralanır və son nəfəsində vəsiyyət edir ki, onun məzarı başında Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı, həm də Qalatasarayın bayrağını dalğalandırılsın. Şəhidin vəsiyyətinə tam əməl olunur”.

Hələ uşaqlıq, məktəb illərində qara qələmlə işləməyi sevən Məryəm müxtəlif rəsmlər çəkib, tullantılardan bəzək əşyaları hazırlayıb. Eyni zamanda, yaxşı toxumağı da öyrənərək sinif yoldaşlarına örnək olub. Orta ixtisas təhsili alarkən də kollecin həyatında fəal iştirak edib. Onun rəsmləri, əl işləri stendlərdə nümayiş etdirilib. Fəridlə ailə qurandan sonra bu işlərə bir müddət fasilə verib. İki oğul övladının tərbiyəsinə daha çox vaxt ayırıb. “Hərbçi xanımı olmaq çətin və məsuliyyətli bir işdir”, - deyən müsahibim əlavə edir ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi və Fəridin qəhrəmancasına şəhid olması onun da həyatını kökündən dəyişib.

Onun üçün ayrılan məkan ilk baxışdan balaca görünsə də, bu emalatxana Məryəmin iç dünyasının zənginliyindən, rəngarəngliyindən xəbər verir. Deyir ki, hər bir əl işini sevərək. ürəkdən hazırlayır. “Əl işlərimin hər birində bir kompozisiya yaratmağa çalışmışam. Məsələn bu nar, bizim simvollarımızdan biridir, birlik və bərabərliyin rəmzidir. Ətri və görünüşü ilə də xoş təsir bağşlayır. Bu isə payız kompozisiyasıdır. Burada saralmış bir ağacdır. Payızda ağaclarda bir neçə rəng olur, qırmızı, sarı və yaşıl. Və altına tökülmüş yarpaqlarıdır. Burada taxta fitildən istifadə etmişəm. Onun yanması sanki insana mənəvi sakitlik verir” deyir.

Məryəm əl işlərində balacaları da unutmadığını bildirir. Onların zövqünü oxaşayan müxtəlif cür sabunlar hazırlayır.

“Bura uşaqların ən çox sevdiyi bir yerə çevrilib. Sərgi və festivallarda da stendlərin qarşısında daha çox uşaqlar olur. Valideynlər deyirlər ki, indi uşaqlar belə bəzəkli sabunlara görə daha çox əl-üz yuyur, təmizliyə daha çox riayət edirlər. Bu məhsulların hamısı təbii tərkiblidir, heç bir kimyəvi qatısı yoxdur”, - deyə o qeyd edir.

Cəmi aylar əvvəl bu sənətin sirlərinə yiyələnməyə başlayan şəhid xanımı artıq bir neçə sərgi və festivallarda iştirak edib. Uğurları, insanların diqqət və qayğısı ona işində daha məsuliyyətli olmağa çağırır.

Sonda onu da öyrənirik ki, Məryəm bu il ali məktəblərdən birinə daxil olub və tələbə adını qazanmaqla həyat yoldaşının da arzusunu çin edib. O deyir ki, məhz bu məkanda yandırdığı çıraqların şöləsində özünə inam, güvən qazanaraq bu addımı atmağı bacarıb.

Hazırda isə Məryəm Dursunova yeni əl işləri üzərində çalışır və növbəti sərgi-festivallara hazırlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri