Icma.az
close
up
RU
“İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”

“İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyev dəfələrlə hakimiyyət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətlə bağlı fikir bildirib. Həmçinin əvvəllər daha kəskin formada demişdi ki, ölkədə ya ictimai nəzarət yoxdur, ya da varsa, çox zəifdir”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərxoş “Prius” sürücüsünü qovan yol polisi maşınları toqquşdu; 2 yaralı var - VİDEO

O bildirib ki, bu sahədə həm də rəsmi nəzarətdən söhbət getməlidir:

“Təkcə ictimai nəzarətlə iş bitmir. Ciddi dövlət nəzarəti olmalıdır. Çünki nəhəng korrupsiyaların uzun müddət davam etməsinin əsas səbəblərindən biri məhz vergi və maliyyə nəzarətinin ölkədə demək olar ki, olmamasıdır. Bunun xüsusi olaraq qeyd edilməsi vacibdir. İkincisi, bütün sahələrdə ictimai şuraların yaradılmasına baxmayaraq, bu şuraların heç biri konkret olaraq fəaliyyət göstərdiyi sahədə hər hansı qanun pozuntusunu aşkar edə bilməyib. Amma sonradan Dövlət Təhlükəsizliyi Xidməti böyük korrupsiya halları aşkarlayıb, vətəndaşlar isə həmin sahədən minlərlə şikayət ediblər. Ona görə də ictimai şuraların da effektiv olmadığı açıq görünür”.

ADP sədri həmçinin bəzi hallarda kadr təyinatlarının şəffaf olmadığını vurğulayıb:

“Digər tərəfdən, vəzifələrə təyinat məsələsi əslində şəffaf deyil. Məsələn, müəyyən şəxslər vəzifələrə təyin olunur, amma nəyə görə? Yeganə arqument budur ki, onların təcrübəsi var, xarici ölkədə təhsil alıb, dil bilirlər və s. Bu, kadrların təyinatında ciddi problem yaradır. Prezident bu barədə xəbərdarlıqlar etsə də, tək bir nəfərin dövlət aparatını effektiv idarə etməsi mümkün deyil. Faktiki olaraq, bu məsələdə komanda şəklində yanaşma vacibdir. Çox təəssüf ki, Azərbaycanda hələ ki, elə bir hakimiyyət komandası yoxdur ki, prezidentin dediyi fikirləri bütünlükdə həyata keçirsin və problemləri aradan qaldırsın. Əgər prezidentin təyin etdiyi şəxslər iki həftədən sonra rüşvətxorluğa başlayırsa, bu, ciddi suallar doğurur. Bu şəxslərin əvvəlki fəaliyyətləri yoxlanılmır və bəzən əvvəlki cinayətlərinə baxmayaraq yüksək vəzifələrə irəli çəkilirlər. Məsələn, bir icra başçısı təmiz işləyibsə, Nəsimiyə gəldikdə bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu? Bu, göstərir ki, məmurların fəaliyyətindəki qüsurlar prezidentə düzgün çatdırılmır, ört-bastır edilir”.

S.Cəlaloğlu kadr dəyişikliklərinin sürətli, amma kampaniya xarakterli olmamasını vacib sayır:

“Kadr dəyişiklikləri hakimiyyətdə sürətli olmalıdır və kampaniya xarakteri daşımamalıdır. Çalışmaq lazımdır ki, daha çox kadr və dövlət idarəsindən iştirak etsin. Azərbaycanın ən böyük qüsurlarından biri odur ki, son 30 ildə yalnız 30-40 nəfər ölkənin yüksək vəzifələrində dövr edib. Bu isə əhalinin əksəriyyətinin dövlət idarəçiliyində iştirak imkanlarını məhdudlaşdırır. Bir adam 40 il bu nazirlikdən o birinə keçirsə, bu o deməkdir ki, vətəndaşların hakimiyyətdə təmsil olunmaq hüquqları məhdudlaşdırılıb. Kadr dəyişiklikləri sadəcə bir rayon və ya sahəni əhatə edən dəyişikliklər hesab edilə bilməz. Prinsip etibarilə, Azərbaycanda idarəetmə problemi mövcuddur. Politologiyada iki cür idarəetmə mövcuddur: aşağı keyfiyyətli və yüksək keyfiyyətli. Aşağı keyfiyyətli idarəetmədə şəxsi sadiqlik prinsipi ilə kadrlar təyin olunur. Məsələn, bir icra başçısı öz yaxın adamlarını vəzifəyə gətirir. Bu, korrupsiyanın inkişafına və dövlət cinayətlərinə şərait yaradır. Yüksək keyfiyyətli idarəetmədə isə şəxslər vətənə və xalqa xidmətinə görə vəzifəyə təyin olunur. Belə komandada dövlət cinayətləri baş vermir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Yanvar 2026 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri