Icma.az
close
up
RU
İcra başçısı vətəndaşların növbəti səyyar qəbullarını keçirib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

İcra başçısı vətəndaşların növbəti səyyar qəbullarını keçirib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə rəhbərliyinin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq Seymur Orucov Ağstafada vətəndaşların səyyar qəbullarını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, Vurğun qəsəbə və Həsənsu kənd tam orta məktəb binalarında təşkil olunan vətəndaşların səyyar qəbullarında rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti qurumların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı səyyar qəbullarda giriş nitqi söyləyərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı, ata vəsiyyətini  yerinə yetirərək suverenliyimizi bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ardıcıl tarixi zəfərlərlə güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Ümummilli Liderin tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən qarşısında misilsiz xidmətləri, ən ağır günlərdə həyatını təhlükə qarşısında qoyaraq respublikanı fəlakətlərdən xilas etməsi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla xatırlanacaq, dahi rəhbərin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olacaqdır. Həmçinin diqqətə çatdırılıb ki, respublikanın hər yerində, o cümlədən Ağstafa rayonu ərazisində əhali ilə keçirilən mütəmadi görüşlərin, səyyar vətəndaş qəbullarının başlıca məqsədi sakinləri narahat edən məsələləri daha dərindən araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması ilə bağlı nəzarət qaydasında tapşırıqlar verilib.

Səyyar qəbullarda Vurğun qəsəbəsindən olan Azərbaycan Atletika Federasiyasının qaçış üzrə yüngül atleti, respublika və beynəlxalq dərəcəli bir sıra yarışların iştirakçısı və mükafatçısı Ağa Əliyev ölkəmizdə idmana və gənclərə göstərilən yüksək dövlət qayğısına görə, Həsənsu kənd ictimaiyyətinin nümayəndələri - Sücayət Əsgərova, gənc şair Rüfət Axundov ölkəmizin çiçəklənməsi, hökm sürən sülh və əminəmanlıq, xalqımızın firəvanlığı üçün atılan addımlara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin ağstafalı gənc şair yeni çapdan çıxmış kitabını RİH başçısına təqdim edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see207

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see137

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see136

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see123

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri