İcra başçısına bağlı olduğu deyilən şirkət 449 min manatlıq tender uddu
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC "Qara Qaya” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə Yevlax şəhərində Heydər Əliyev adına Sarayın fasad və tamaşaçı zalının əsaslı təmirinin icrası zamanı nəzərdə tutulmayan abadlıq işləri və layihəyə edilən əlavə işlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 449 977,96 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Qara Qaya" MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
"Qara Qaya” MMC Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin əvəzsiz qalibi kimi tanınır. Bu baxımdan, şirkətin Qaradağın icra başçısı Süleyman Mikayılova bağlı olması barədə iddialar var. Bu iddialar mediada da yer alıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















