İcra başçısının bacısı məkanımızı bağlatdırmaqla hədələyir
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Flora Baku” adlı musiqili məkanın sahibi videoaçıqlama yayıb.
Axşam.az xəbər verir ki, o, məkanlarının bağlanma təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Buna səbəb kimi isə icra nümayəndələrindən birinin bacısının onlardan şikayət etməsi göstərilib:
“Keçən həftə bizə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın, fəaliyyətinizi dayandırın. Biz də soruşduq ki, niyə, nə səbəbə? Sən demə, bu qonşumuz bura yeni köçübmüş. Sonda bizə dedi ki, “mən filankəsin bacısıyam”. Hansısa icra nümayəndəsinin bacısı imiş. Bizi təhdid edir ki, guya burada narkomaniya ilə məşğuluq, əxlaqsızlıq yayırıq...
Gəlin, göstərim sizə, biz nə ilə məşğuluq: retro konsertləri, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqilər gecəsi. Yəni bizim hansı sahədə fəaliyyət göstərdiyimizi hər kəs bilir. Bizim fəaliyyətimiz təkcə musiqi ilə məhdudlaşmır. Dəfələrlə demişik ki, konsertlərdən əlavə, xeyriyyə tədbirləri də keçiririk. Bunu təmənnasız edirik.
Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.
Baxış sayı:127
Bu xəbər 23 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















