Icma.az
close
up
RU
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ Agentlik sədrinin kadri İH də dava salıb

İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ Agentlik sədrinin kadri İH də dava salıb

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Bildirilib ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib.

Mia.az onu da qeyd edir ki, bu Agentlik mediada  "Qudalar agentliyi" adlandırlır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri