Icma.az
close
up
RU
İcra başçısının plaşı: “Daha diqqətli olmalıdır ki, digər vətəndaşlardan ifrat dərəcədə seçilməsin”

İcra başçısının plaşı: “Daha diqqətli olmalıdır ki, digər vətəndaşlardan ifrat dərəcədə seçilməsin”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan demokratik dövlətdir, Konstitusiya ilə təsbit olunub ki, hər bir insanın özünün hərəkət fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Mən düşünürəm ki, hansısa məmurun geyiminə yox, onun gördüyü işlərə, fəaliyyətinə fokuslanmaq lazımdır”.

Bu sözləri “Yeni Sabah”a keçmiş icra başçısı və hazırki Milli Məclis Nəsib Məhəməliyev deyib.

O, "Balıq festivalı"nda geydiyi plaşı 26 000 manat dəyərində olduğu iddia olunan Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ətrafında yaranmış ajiotajı şərh edib: 

“İstər məmur, istər sahibkar olsun, təvazökarlıq yaxşı şeydir. İstənilən halda, cəmiyyətdə yaşayırıq və bu cəmiyyət bir orqanizmdir. Ətrafda xüsusi təmtəraqlı tədbir keçirmək imkanı olmayan insanlar varsa, belə populist yanaşmalardan uzaq olmaq lazımdır. Daha çox təvazökar olmaq, seçilməmək gərəkdir.

Bu baxımdan, hesab edirəm ki, məmurlarımız daha diqqətli olmalıdır ki, digər vətəndaşlardan ifrat dərəcədə seçilməsinlər. Bu həm də bizim mənsub olduğumuz dində də öz əksini tapıb”.

N. Məhəməliyev qeyd edib ki, qanunvericilikdə, xüsusən, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda məmurların geyimi, yaxud qatıldığı tədbirlərlə bağlı hansısa məhdudiyyət yoxdur:

“Bazar iqtisadiyyatı şəraitində ola bilər ki, məmurun yaxın ətrafı, ailəsi kifayət qədər imkanlıdır. Amma buna hansısa məhdudiyyət yoxdur. Bütün dünya ölkələrində belədir. Məmur, dövlət qulluqçusu nə geyinir-geyinsin, şəxsi işidir. Bu, daha çox insanın əxlaqından irəli gələn, vicdan məsələsidir. Həddən artıq pafoslu, təmtəraqlı geyim əşyalarından istifadə etmə dövlət qulluqçularına hörmət gətirmir”.

Xatıralatma: Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaşın qiyməti sosial şəbəkələrdə müzakirə mövzusu olub.Plaşın "Hugo Boss Burberry" brendinə məxsus və 26 000 manat dəyərində olduğu iddia olunur.

Mirhəsən Seyidovun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir və sözügedən geyimin yeni və bahalı brend deyil: "İlk olaraq onu qeyd edim ki, bu brendin yeni bir marka olduğunu ilk dəfə sizdən eşidirəm. Hazırda bu plaş mənim əynimdədir və bunu 3 il bundan qabaq 350 manata almışam".

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri