Icma.az
close
up
RU
İCRA BAŞÇISININ QARDAŞI UCARI TALAN EDİR Müşfiq Məmmədovun qanunsu əməlləri haqda şok müraciət / Video

İCRA BAŞÇISININ QARDAŞI UCARI TALAN EDİR Müşfiq Məmmədovun qanunsu əməlləri haqda şok müraciət / Video

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Ucar rayon sakinləri - Seyidov Sadiq Əhməd oğlu, Ağayev Mahir Məhəmməd oğlu, Dadaşov Müşfiq Şakir oğlu, Səfərov Zahid Mikayıl oğlu, Kərimova Mətanət Rasim qızı, Rəhimova Bənövşə Qasım qızı, Nəsirova Nəzrin Vahid qızı və digərləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən şikayət edən sakinlərin müraciətini olduğu kimi dərc edirik:

“Biz, Ucar rayonunun bir qrup sakini olaraq, rayon ərazisində baş verən ciddi qanunsuzluq və talançılıq halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq zərurəti hiss edirik.

Son bir ay ərzində Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 552 metrdən çox uzunluğa malik, böyük diametrli su boruları qanunsuz şəkildə yerdən qazılaraq çıxarılıb və satılıb. Əldə etdiyimiz məlumata görə, həmin borular bu idarənin balansında deyil və onların satılması tamamilə qanunsuzdur. Bu, açıq-aşkar dövlət əmlakının mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halıdır.

Ən narahatedici məqam isə odur ki, bu qanunsuz əməliyyatları həyata keçirən şəxslər — idarənin müdiri Müşfiq Məmmədov və onun müavini Zaur Əzizov cəzasızlıq mühiti içində daha da azğınlaşaraq, sakinlərə məxsus su və kanalizasiya borularına da göz dikə bilərlər. Bu faktlar Ucar sakinlərini ciddi narahat edir.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, Müşfiq Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun doğma qardaşıdır. Bu səbəbdən onun məsuliyyətdən yayınması və toxunulmazlıq mühiti yaradılması ilə bağlı şübhələrimiz artmaqdadır.

Sonuncu belə qanunsuz əməliyyat Məlikballı Qurban küçəsi ilə üzbəüz yerləşən yaşayış binasının ərazisində həyata keçirilib. Bu fakt çoxsaylı şahid ifadələri və vizual sübutlarla təsdiqlənir.

Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsus texnikalar pullu, şəxsi işlərə cəlb edilir. Ancaq kəndlərdə su kanalları lildən, qamışdan və kol-kosdan qətiyyən təmizlənilmir. 100-200 metr məsafədə aparılan təmizlik işləri üçün tərtib edilmiş sənədlərdə bu rəqəmi 100 dəfə şişirdib, ayrılan vəsaiti talan edirlər. 

Biz, Ucar sakinləri olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu məsələni ciddi və obyektiv şəkildə araşdırmağı, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin qanun qarşısında cavab verməsini təmin etməyi tələb edirik.

Bu cür hallar nəinki vətəndaşların əmlak və təhlükəsizlik hüquqlarına təhdiddir, eyni zamanda dövlətin nüfuzuna və qanunun aliliyinə açıq hörmətsizlikdir. Məsuliyyətli və şəffaf media nümayəndələrindən bu məsələyə diqqət ayırmağı və ictimailəşdirməklə bizə dəstək göstərməyi xahiş edirik”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri