Icma.az
close
up
RU
İcra hakimiyyətləri ləğv olunur? 14 iqtisadi rayon modeli gündəmdə

İcra hakimiyyətləri ləğv olunur? 14 iqtisadi rayon modeli gündəmdə

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab Prezident düzgün qərar verərək məsələni həll etdi. Eləcə də icra hakimiyyəti orqanlarının strukturu da dəyişdirilməlidir".

Bu barədə Modern.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. Onun fikrincə, ölkədəki 14 iqtisadi rayon üzrə idarəetmə modelinin tətbiqi və hər rayon üzrə Prezidentin nümayəndəsinin fəaliyyət göstərməsi alternativ yanaşma ola bilər: “Azərbaycanda 14 iqtisadi rayon var. Hər iqtisadi rayon üzrə bir nəfər Prezident nümayəndəsi olmalı və operativ idarəetməni həyata keçirməlidir. Hər rayonda icra başçısına ehtiyac yoxdur”.

Bəs icra hakimiyyətləri ləğv oluna bilərmi? Azərbaycanda 14 iqtisadi rayon üzrə yeni idarəetmə modelinə keçid nə dərəcədə realdır?

Mövzu ilə bağlı REAL Partiya sədri Natiq Cəfərli Musavat.com-a danışıb.

O, Azərbaycanda mövcud icra hakimiyyəti sisteminin dəyişdirilməsinin vacib olduğunu bildirib:

"Əslində, 2013-cü ildən bu yana illərdir ki, bu haqda danışırıq. Doğrudan da, məntiqlə yanaşsaq, Azərbaycanda icra hakimiyyəti institutları sovetdən qalma birinci katib institutunun transformasiya olunmuş versiyasıdır və bu, artıq müasir Azərbaycana, indiki hədəflərimizə uyğun deyil. Yəni, biz bu sistemdən qurtulmalıyıq, 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Prezidentin xüsusi nümayəndəliyi institutu Qarabağda özünü çox yaxşı doğruldub. Fikrimcə, özünü doğrultmuş bu institutun bütün ölkə ərazisinə yayılması daha məntiqlidir. Bu məsələdə Vahid müəllimlə razıyam.

Bu, niyə vacibdir? Çünki həmin islahatlar yerli özünüidarəetmə institutlarının gücləndirilməsi ilə paralel aparılmalıdır. Bu da çox vacib məsələdir. Bələdiyyə institutunun, yerli özünüidarəetmənin gücləndirilməsi, xalqla birbaşa təmasda olan bələdiyyələrin insanlara daha çox xidmət göstərməsi, onların səlahiyyət və məsuliyyətlərinin artırılması yeni idarəetmə modelinə və müasir Azərbaycanın indiki tələblərinə daha uyğun görünür”.

Natiq Cəfərlinin fikrincə, 14 iqtisadi rayonun inzibati ərazi vahidlərinə çevrilməsi büdcəyə də xeyli qənaət etməyə imkan verər: "Bakının rayonlarını da nəzərə alsaq, Azərbaycanda 80-ə yaxın kiçik rayon var. Ərazisi o qədər də böyük olmayan bir ölkədə buna ehtiyac varmı? Bu sistemə inzibati və maliyyə resursları xərclənir, müxtəlif qurumlar və alt qurumlar yaradılır. Bütün bunlar büdcə vəsaitlərinə qənaət, eləcə də optimal və operativ idarəetmə baxımından yenidən nəzərdən keçirilməlidir. Belə bir islahat Azərbaycanın idarəetmə modelinin yenilənməsinə yeni impuls verə bilər. Eyni zamanda, sosial-iqtisadi problemlərin həllində də yeni mərhələnin başlanğıcı ola bilər.

Bəs yeni modelə keçid nə dərəcədə realdır? Əslində, bu, konstitusiya islahatlarından keçir. Azərbaycan artıq ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu yeni mərhələdədir. Bu baxımdan qələbə konstitusiyasının qəbulu məsələsi də gündəmə gəlir. Çünki sosial-iqtisadi məsələlərin idarə edilməsində təkrarlanmaların aradan qaldırılması, idarəetmədə səmərəliliyin artırılması konstitusiya islahatları ilə bağlıdır.

1995-ci ildə qəbul etdiyimiz və sonradan bir neçə dəfə dəyişdirdiyimiz Konstitusiya Azərbaycanın əsas hədəfinə — ərazi bütövlüyünün bərpasına və torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqda mühüm rol oynadı. İndi isə növbəti mərhələ başlayır. Bu, Azərbaycanın rifah dövlətinə çevrilməsi mərhələsidir. Fikrimcə, yeni Konstitusiyanın qəbulu bu prosesdə kifayət qədər müsbət rol oynaya bilər. Bu islahatlar Konstitusiyada təsbit olunmalıdır. Çünki qanunvericilik dəyişiklikləri ilə bütün bu islahatları həyata keçirmək mümkün deyil. Konstitusiyanın bir çox maddələri də müasir tələblərə uyğun olaraq dəyişdirilməlidir.

Ona görə də bu, təbii ki, mümkündür. Bunun üçün Konstitusiya komissiyası yaradılmalı, müzakirələr başlanmalı, müəyyən müddətdən sonra hazırlanmış mətn müzakirəyə çıxarılmalı və xalq tərəfindən qəbul olunmalıdır. Siyasi partiyaların və ictimaiyyətin bu istiqamətdə müzakirələrdə iştirakını təmin etməklə, dövlətimizin və xalqımızın qarşısında duran əsas hədəflərə çatmaq üçün yeni Konstitusiyanın qəbul edilməsi kifayət qədər realdır. Yəni, bu proses konstitusiya islahatlarından keçir".

"Niyə mövcud icra hakimiyyəti sistemi bu qədər tez-tez tənqid olunur, əsas problem idarəetmə modelindədir, yoxsa kadr seçimində" suallarına isə Natiq Cəfərli bu cür cavab verib: "Fikrimcə, problem modeldədir. Çünki artıq adlarını çəkmədiyimiz, çoxumuzun yadından çıxan icra başçıları var. Onlardan 10-dan çoxu həbs olunub, işdən çıxarılıb, töhmət alıb, vəzifəsi dəyişdirilib və ya sistemdən uzaqlaşdırılıb. Onların yerinə yeniləri gəlib, amma problemlər olduğu kimi qalır. Bəzi dəyişikliklər baş verib, amma fundamental islahatlar aparılmayıb. İnsanların icra hakimiyyəti institutuna münasibətində razılıq və məmnunluq artmayıb. Bu da onu göstərir ki, sistemin özündə problemlər var. Həmin problemlərin həlli də sistemli islahatlardan keçir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri