Icma.az
close
up
RU
İcra hakimiyyətlərində SİLKƏLƏNMƏ: Kimlər gedəcək, kimlər qalacaq?

İcra hakimiyyətlərində SİLKƏLƏNMƏ: Kimlər gedəcək, kimlər qalacaq?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər yerli icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət idarəetməsində yeni mərhələnin başlandığını göstərir. Ayrı-ayrı rayonlarda onlarla əməkdaşın ixtisara salınması və vəzifələrin ləğvi artıq təsadüfi qərar deyil, daha genişmiqyaslı inzibati transformasiyanın siqnalı kimi qiymətləndirilir. Ağdaşda 14, Tovuzda 43, Cəlilabadda isə ümumilikdə 38 vəzifənin ləğv olunması və 28 nəfərin işsiz qalması fonunda sual yaranır: bu proses doğrudan da idarəetmənin optimallaşdırılmasına xidmət edir, yoxsa əsas məqsəd büdcə yükünün azaldılmasıdır?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Musavat.com-a bildirib ki, bu cür kütləvi ixtisarlar adətən tək səbəbdən qaynaqlanmır, bir neçə institusional və idarəetmə amilinin nəticəsi olur. Onun fikrincə, hazırkı addımlar eyni zamanda, 2026–2027-ci illərdə planlaşdırılan daha köklü struktur islahatlarının anonsu kimi də qiymətləndirilə bilər. Lakin ekspert hesab edir ki, mövcud ixtisarlar hələlik real struktur optimallaşdırılması demək deyil: “Bu, daha çox ümumi idarəetmə prinsipləri çərçivəsində büdcə yükünün azaldılması tədbiridir. Ştatların ixtisarı inzibati xərclərin və əməkhaqqı fondunun azaldılması üçün geniş tətbiq olunan üsuldur”.

İbrahimovun sözlərinə görə, son illər bir sıra səlahiyyətlər İH-lərdən alınaraq regional idarələrə verilib. “İdman, səhiyyə, təhsil və digər sahələr üzrə ayrıca regional strukturlar formalaşdırılıb. Maliyyə Nazirliyi də dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində paralel fəaliyyət göstərən qurumların ləğvini prioritet hesab edir. Əgər müəyyən sahələr üzrə regional idarələr mövcuddursa, icra hakimiyyətində eyni istiqamət üzrə ayrıca kurator və ya şöbənin saxlanmasına ehtiyac sual doğurur. Məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyət göstərirsə, icra hakimiyyətində ayrıca memarlıq şöbəsinin mövcudluğu təkrarlanan funksiya yaradır”, – deyə o, qeyd edib.

Bununla belə, ekspert vurğulayıb ki, ştatların azaldılması idarəetmənin çevikləşdirilməsi demək deyil. Onun fikrincə, effektiv nəticə üçün köklü struktur islahatları aparılmalı, proseslər yenidən təhlil edilməli, üfüqi və şaquli məsuliyyət bölgüsü dəqiqləşdirilməlidir: “Bir-birini təkrarlayan və ya eyni prosesin müxtəlif hissələrini icra edən qurumlar ya birləşdirilməli, ya da ləğv edilməlidir. Qurumların sayı azaldıqca idarəetmə, koordinasiya və nəzarət mexanizmləri daha səmərəli işləyə bilər, həmçinin korrupsiya riskləri də azalar. Nəticədə ölçüləbilən və effektiv fəaliyyət zənciri formalaşa bilər”.

Bu cür ixtisarların qəbuledilən olub-olmamasına gəlincə, Asif İbrahimovun mövqeyi birmənalı deyil: “Əgər struktur islahatı real zərurətdən doğursa, səmərəliliyin artırılmasına xidmət edirsə, qanunvericiliyə uyğun aparılırsa və sosial təsirləri minimumlaşdırmaq üçün alternativ iş imkanları yaradılırsa, bu, qəbulolunan yanaşmadır. Lakin hazırkı formada proses tam şəkildə bu meyarlara cavab vermir”.

Ekspert əlavə edir ki, mövcud yanaşma yerli idarəetmədə təcrübəli kadrların itirilməsi, lokal işsizliyin artması və institusional yaddaşın zəifləməsi kimi risklər yarada bilər: “Bununla belə, ixtisar olunanların bir hissəsinin digər strukturlarda işlə təmin edilməsi müəyyən qədər sosial təsirin yumşaldılmasına xidmət edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Fevral 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri