Icma.az
close
up
RU
İcraiyyə Komitəsinin üzvləri açıqlandı

İcraiyyə Komitəsinin üzvləri açıqlandı

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib.

Futbolpress.az xəbər verir ki, MOK-un inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib.

“Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası ölkə başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7  (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub”, – deyə Çingiz Hüseynzadə bildirib.

MOK-un vitse-prezidenti Baş Məclis iştirakçılarına məlumat verərək deyib ki, ötən dövrləri əhatə edən hesabat kitabında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin görüşləri, çıxışları, qəbulları, iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlar, idmançılarımızın Olimpiya oyunlarında, Olimpiya festivallarında, İslam Həmrəyliyi Oyunlarında çıxışı, Olimpiya Həmrəyliyi Fondunun proqramları, maliyə-marketinq, informasiya və nəşriyyat məsələləri öz əksini tapıb. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərdə uğurlar arzulayıblar.

Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Baş Məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri