Qurban Qurbanova qarşı çıxanlar AFFA İcraiyyə Komitəsinin üzvləri indi onu alqışlayır
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaman həqiqətən böyük gücdür. Çünki hamını və hər şeyi yerinə qoyur. Uzun illərdir Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan Qurban Qurbanov növbəti dəfə tarix yazdı. Bütün ölkə onu ayaq üstə alqışlayır. AFFA-nın İcraiyyə Komitəsinin üzvləri də.
Maraqlıdır ki, həmin İK üzvləri bir neçə ay əvvələ qədər Qurban Qurbanovla yumşaq desək, hesablaşmırdı. Futbolumuzun əfsanəsi sayılan bu adamın hər sözünün qabağına söz qoyurdular. Səsvermə adı altında Qurban Qurbanovun təkliflərini geri çevirirdilər. İK-ya yığışan digər peşə sahibləri futbol aliminin dediyinə qarşı əl qaldırırdılar. Halbuki nəinki 10-12 səs, hətta bu sahədən uzaq adamların 12-13 min səsi belə Qurban Qurbanovun bir səsinə bərabər olmalı deyil(di)...
Qurban Qurbanov çox tez başa düşdü ki, İcraiyyə Komitəsini formalaşdıran adama onun ağlı yox, adı lazımıydı. Ondan "qalxan" kimi istifadə etmək niyyətində idilər. Məhz buna görə də, Qurban Qurbanov hər dəfə bir səbəblə qurumun iclaslarına qatılmaqdan boyun qaçırır. Bunu açıq deməsə də, "görünən kəndə bələdçi lazım deyil".
Ümid edirik ki, Qurban Qurbanov bundan sonra da İK-nın iclaslarına qatılmaz. O da çox yaxşı görür ki, bizdə futboldan çox futbol siyasəti ilə məşğul olurlar vəzifədə əyləşənlər. Onlardan nə qədər uzaq qaçsa, həm özü üçün daha yaxşıdır, həm də "Qarabağ" üçün.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















