Icma.az
close
up
RU
İctimai Birlik Şuşada qadınlarla görüşüb

İctimai Birlik Şuşada qadınlarla görüşüb

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə qalib olmuşdur və QHT Agentliyinin maliyyə dəstəyi ilə layihəni Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir. Uzun illər məcburi köçkün icmaları ilə işləyən ictimai birlik “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən artıq fəaliyyətini azad edilmiş, qurulan və inkişaf edən ərazilərdə davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir Qarabağın mədəniyyət paytaxtı olan Şuşada təşkil edilmişdir. Şuşanın müxtəlif idarə və müəssisələrində çalışan, təqaüddə olan ziyalı qadınlarla görüş keçirilmişdir. Görüşdə Şuşa Xüsusi Nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətli şəxsləri, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə, Qarabağ Universitetinin müəllimi, layihənin eksperti Nigar Ramazanova, iştirak etmişdir. “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək layihənin məqsədi və hədəflər haqqında məlumat verdi. Azərbaycanda mövcud qanunvericiliyə görə qadınların müxtəlif sahələrdə iştirakçılığını artırmaq üçün dövlət siyasətindən, bu siyasətin həyata keçirilməsinə dəstək olaraq müxtəlif layihələrin həyata keçirilməsində fəaliyyət göstərən “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və digər QHT-lərin rolundan danışan Məleykə Əlizadə qadınların, o cümlədən Şuşa xanımlarının cəmiyyətdə xüsusi çəkiyə malik olmaları və bu istiqamətdə iştirakçılıqlarının genişlənməsinin zəruriliyini qeyd etdi. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda yaşayan qadınların qayıdışdan sonra proseslərdə  fəal iştirakı, yeni nəslin yetişməsində onların rollarının böyük olduğu xüsusi vurğulandı.

Layihənin eksperti Nigar Ramazanova “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında görüş iştirakçılarına məlumat verdi. Şuşa şəhərinin Qarabağ tarixində yeri və rolu,  Şuşada gedən və nəzərdə tutulan işlər, qayıdışdan sonra cəmiyyətə inteqrasiya, bu yolda rastlaşılan çətinliklər və onların aradan qaldırılmasına həssas yanaşılmasının yolları  barədə geniş məlumat verdi. Şuşada digər şəhər və kəndlərdən fərqli olaraq qadınların yaxından iştirakçılığı üçün mövcud şəraitin olması dəfələrlə qeyd edildi. N.Ramazanova görüş iştirakçılarına Qarabağın iqtisadi. Sosial və mədəni inkişafında necə iştirak edə biləcəklərini konkret misallarla izah etdi. Müzakirədə iştirak edən şuşalı xanımlar fəaliyyətlərini göstərilən məsləhətlərə uyğğun genişləndirməyin daha çox fayda verəcəyini qeyd etdilər. Tədbirdə iştirak edən idarə, müəssisə, təşkilatların qadın əməkdaşları və sakinlər məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyası və Şuşa şəhərində “Qadın Təşəbbüs Qruplarının yaradılması” ilə bağlı geniş müzakirələrə qoşuldular, bəzi təklif və tövsiyələrini irəli sürdülər. Görüşün keçirilməsində dəstək olan Şuşa Xüsusi Nümayəndəliyinə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə minnətdarlığımızı bildiririk.

Layihənin sonunda iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihənin hesabatında qeyd ediləcəkdir.

Layihənin fəaliyyəti davam edir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Avqust 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri